Qaynar xətt:

(+99450) 247 90 86

Rus turistlərin daha çox getdiyi ölkələr - CƏDVƏL

Rus turistlərin daha çox getdiyi ölkələr - CƏDVƏL

CƏMİYYƏT

500

26.06.2021, 18:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Rusiyalı turistlərin ən çox getdiyi ölkələrin siyahısı dərc edilib.

 

OXU24.COM rus portallarına istinadən xəbər verir ki, Rusiyadan turistlər daha çox Türkiyəyə gedib.

Siyahıda Birləşmiş Ərəb Əmirlikləri ikinci sıradadır. Qış aylarında rus turistlərin üstünlük verdiyi ölkələr sırasında bu ölkə xüsusilə seçilir.

Təəccüblü budur ki, siyahıda Qazaxıstan 3-cü yerdə qərarlaşıb. Rusların Qazaxıstana turizm ölkəsi kimi qiymət verməsi sosial ekspertlərin diqqətindən qaçmayıb.

Rus turistləri arasında Ermənistana da önəm verilib. Amma bəzi ekspertlərin sözlərinə görə, erməni əsilli rus vətəndaşlarının ölkəyə giriş-çıxışı bu statistikaya mühüm təsir göstərib.

Siyahıda sonrakı yerləri Qırğızıstan, Almaniya, Finlandiya və ABŞ tutur.