Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Tehran Mənsimov açıqlama verdi: Xəbər yalandır

SON DƏQIQƏ! Tehran Mənsimov açıqlama verdi: Xəbər yalandır

CƏMİYYƏT

3602

26.06.2021, 14:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Oxu24.comn xəbər verir ki,bu gün mətbuatda dərc olunan məlumata görə Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.
Məlumata deyilirdi ki, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb. Veteninfo.az-a özəl olaraq danışan Tehran Mənsimov bildirib ki,yayılan məlumatın heç bir əsası yoxdu və ona hansısa avtomobil bağışlanmayıb: “Bu məlumatı hardan alıblar bilmirəm.Amma onu bilirəm ki,belə bir yalanla haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular .Biz Vətən yoldunda bir əsgər olaraq,bir döyüşcü olaraq borcumuzu yerinə yetirmişik.Bu hər bir Azərbaycan oğlunun,Azərbaycan əsgərinin müqəddəs borcudu.Ona görə də belə xəbərlərlə adımızın hallanması doğru deyil.Ən azından sizin kimi zəng edib məlumatın doğru olub,olmadığını öyrənə bilərdilər.Çox təssüflər olsun yalan və həqiqət olmayan bir xəbər yayıblar”.