Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan gətirilən külli miqdarda dərman Azərbaycana buraxılmadı - FOTO

Rusiyadan gətirilən külli miqdarda dərman Azərbaycana buraxılmadı - FOTO

CƏMİYYƏT

665

25.06.2021, 17:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyadan gələn "DAF" və "Mercedez-Benz" markalı yük avtomobillərinə "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttində baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 5708 həb, 3150 kapsul, 590 ampula, 10 flakon müxtəlif adda dərman preparatları, 1780 ədəd tibbi şam və kremlər, eləcə də 1 ədəd "Canon" markalı fotoaparat və həmin fotoaparata məxsus aksesuarlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.