Qaynar xətt:

(+99450) 247 90 86

Toylar bu saata qədər bitməlidir - Məcburi

Toylar bu saata qədər bitməlidir - Məcburi

CƏMİYYƏT

1012

22.06.2021, 21:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


İyulun 1-dən icazə veriləcək şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19)  infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməlidir. 

Oxu24.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişiklikdə deyilir. 

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Şərtdən göründüyü kimi, toyların bitmə vaxtı saat 00:00-dan gec olmamalıdır.