Qaynar xətt:

(+99450) 247 90 86

Quranda adı çəkilən şəhərlər NİYƏ YOX OLDU? - Murdar ənənələrin yaşandığı yerlərin DƏHŞƏTLİ SONU

Quranda adı çəkilən şəhərlər NİYƏ YOX OLDU? - Murdar ənənələrin yaşandığı yerlərin DƏHŞƏTLİ SONU

CƏMİYYƏT

2135

28.02.2021, 19:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Lut bir zaman öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da həddi aşmış bir tayfasınız!" ...Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" (Əraf surəsi, 80-84)

"Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq". (Ənkəbut surəsi, 34-35)

Yəqin ki, müqəddəs kitablarda Sodom və Qomorra şəhərləri haqda - Allahın onları günahlarına görə "od və kükürdlə" məhv etməsindən çox adam məlumatlıdır. Kitaba görə, Lut peyğəmbərin qövmü əxlaqsızlığa, qəddarlığa, pis vərdişlərə, homoseksuallığa o qədər meyilli idilər ki, şəhərlər Allah tərəfindən yerlə yeksan olunur və bizə ibrət olaraq xatırlanır. Arxeoloqların tapdığı qədim mətnlər göstərir ki, adıçəkilən şəhərlər həqiqətən mövcud olub. Lakin hələ də alimlər həmin şəhərlərin özünün qalıqlarını tapa bilmirlər. Bu baxımdan, onların "ölüm" səbəbləri haqda mübahisələr indiyədək səngimir.

Oxu24.com Müqəddəs kitablarda adıçəkilən Sodom və Qomorro şəhərləri, onların aqibəti haqda arayışı oxuculara təqdim edir:

Tarixçilər eramızdan əvvəl 2-ci minillikdə Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin "Lut gölü" və ya "Ölü dəniz" kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şəriyə ilə İordaniya arasında qalan Lut gölünün yanında yerləşən tarixi Sodom və Qomorra şəhərləri Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir.

Kitablara görə, şəhər çiçəklənən və zəngin idi. Onların sakinləri, tüfeyli həyat tərzi keçirir, günümüzdəki bir sıra əxlaq prinsipləri orada adi məişət hadisələri idi. Allah cəza olaraq 2 şəhəri sakinləri ilə birlikdə məhv etmək qərarına gəlir. İbrahim Allahdan xahiş edərək, heç olmasa günahsız insanlara görə, Sodom və Qomorro sakinlərinin bağışlanmasını istəyir, lakin məlum olur ki, yalnız Lut və ailəsindən başqa orada çirkaba batmayan bir nəfər belə insan yoxdur. Nəticədə Allah mələklər vasitəsilə Luta ailəsi ilə birlikdə şəhərdən çıxmalarını əmr edir və dönüb geri baxmalarını qadağan edir. Axı arxaya baxmaq günahdan ləzzət alan camaata bir növ yazığı gəlmək kimi başa düşülür. Lutun arvadı sözə baxmır, itaətsizlik edir və dönüb od tutub yanan şəhərə baxır. Rəvayətin davamında onun bu hərəkətinə görə, yerindəcə daşa döndüyü qeyd olunur.

"Allah da göydən od və kükürd yağdıraraq, şəhərləri qanına qəltan etdi" - İncildə deyilir.

Baxmayaraq ki, bu 2 şəhər haqda bəzi qədim mənbələrdə, xüsusilə, Strabonun "Coğrafiya"sında və Tasitin "Tarix"ində də bəhs olunur, bir çox alimlər onların mövcudluğunun tarixi düzgünlüyünə şübhə ilə yanaşır. Britaniyalı alim Maykl Sanders isə, əksinə, əmindir ki, Sodom və Qomorra həqiqətən dağıdılıb və ölü dənizin dibində dəfn olunub.

Şəhərlərin necə dağılması versiyaları bir sıra mübahisələr doğurur. Elmi fərziyyələrdən birinə görə, Sodom və Qomorra asteroidin düşməsi nəticəsində dağıdılıb. Bu versiya şumer astronomlarının yazdıqları mətnlərin oxunması nəticəsində meydana gəlib. Bəzi alimlər həmçinin əmindir ki, bu miqyasda dağıdıcı proseslər yalnız asteroidlə toqquşma nəticəsində baş verə bilərdi. Qədim şumer mətnlərindəki bu versiya dindarlara sərf edir, çünki müqəddəs kitabdakı rəvayətlərlə uyğun gəlir. Kitabda obrazlı şəkildə "göydən od yağdırdıq" fikirləri yer alır.

Digər xəbərlər

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

1

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

14

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

37

0
medialiteracy-media-gov
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

140

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

73

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

84

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

76

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

73

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

235

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

85

0
Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

16:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

88

0