Qaynar xətt:

(+99450) 247 90 86

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

CƏMİYYƏT

1780

28.02.2021, 18:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı keçirib.

DİM-dən Oxu24.com-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün  19885 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Martın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Digər xəbərlər

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

1

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

14

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

37

0
medialiteracy-media-gov
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

140

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

73

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

84

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

76

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

73

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

235

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

85

0
Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

16:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

88

0