ƏMR İMZALANDI:Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
13 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2567
23.02.2021, 10:12
DİN Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
Oxu24.com -un xəbərinə görə, müraciətdə qeyd edilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib:
"Bunları nəzərə alaraq, sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.
Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.
Eyni zamanda güclü küləkli hava şəraitində nəqliyyat vasitələrinin hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında saxlanılması və aşmağa meyilli ağacların ətrafında park edilməsi də təhlükəlidir.
Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir".
21:43 / 13 Noyabr 2026
337
21:36 / 13 Noyabr 2026
27
21:29 / 13 Noyabr 2026
46
21:24 / 13 Noyabr 2026
45
21:03 / 13 Noyabr 2026
73
20:58 / 13 Noyabr 2026
77
20:50 / 13 Noyabr 2026
803
20:41 / 13 Noyabr 2026
106
20:37 / 13 Noyabr 2026
85
20:35 / 13 Noyabr 2026
59
20:20 / 13 Noyabr 2026
93
20:09 / 13 Noyabr 2026
291
20:06 / 13 Noyabr 2026
84
20:05 / 13 Noyabr 2026
90
19:58 / 13 Noyabr 2026
286
19:53 / 13 Noyabr 2026
207
19:41 / 13 Noyabr 2026
118
19:38 / 13 Noyabr 2026
704
19:35 / 13 Noyabr 2026
105
19:30 / 13 Noyabr 2026
352
19:28 / 13 Noyabr 2026
175
19:23 / 13 Noyabr 2026
111
19:05 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.