Qaynar xətt:

(+99450) 247 90 86

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı - SƏBƏB

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı - SƏBƏB

CƏMİYYƏT

591

17.05.2020, 19:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbul dayandırılıb.

Yenicag.az xəbər verir ki, bunu “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, – R.Əliyeva deyib.