Hava necə olacaq?
09 May 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
519
15.05.2020, 21:08
Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət ləğv edilib.
Bu barədə Publika.az-a Ali Məhkəmədən məlumat verilib.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may 2020-ci il tarixli qərarı nəzərə alınaraq məhkəmələrə işlərə baxılması ilə bağlı tövsiyə edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə mayın 18-i sat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.
Məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.
Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın.
Həmçinin oxuyun
Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.
Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.
Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr istisna olmaqla, digər məhkəmələrdə proseslər bu ayın əvvəlindən bərpa olunmuşdu.
12:41 / 09 May 2026
21
11:50 / 09 May 2026
63
11:45 / 09 May 2026
54
11:42 / 09 May 2026
242
11:19 / 09 May 2026
59
11:11 / 09 May 2026
114
11:08 / 09 May 2026
55
10:37 / 09 May 2026
766
10:30 / 09 May 2026
86
10:27 / 09 May 2026
59
10:26 / 09 May 2026
55
10:25 / 09 May 2026
55
10:24 / 09 May 2026
56
10:07 / 09 May 2026
82
10:01 / 09 May 2026
66
01:00 / 09 May 2026
131
00:48 / 09 May 2026
378
00:30 / 09 May 2026
424
00:21 / 09 May 2026
390
00:00 / 09 May 2026
148
23:40 / 08 May 2026
141
23:25 / 08 May 2026
3239
23:17 / 08 May 2026
359
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.