Azərbaycanda nikahla bağlı mühüm qərar verildi
09 May 2026, 11:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
685
15.05.2020, 19:23
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.
Həmçinin oxuyun
Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.
Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İsitintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib



11:50 / 09 May 2026
1
11:45 / 09 May 2026
14
11:42 / 09 May 2026
66
11:19 / 09 May 2026
34
11:11 / 09 May 2026
88
11:08 / 09 May 2026
37
10:37 / 09 May 2026
531
10:30 / 09 May 2026
72
10:27 / 09 May 2026
45
10:26 / 09 May 2026
46
10:25 / 09 May 2026
46
10:24 / 09 May 2026
44
10:07 / 09 May 2026
66
10:01 / 09 May 2026
57
01:00 / 09 May 2026
124
00:48 / 09 May 2026
364
00:30 / 09 May 2026
410
00:21 / 09 May 2026
372
00:00 / 09 May 2026
141
23:40 / 08 May 2026
131
23:25 / 08 May 2026
2996
23:17 / 08 May 2026
347
22:47 / 08 May 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.