"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1009
14.05.2020, 21:45
Portuqaliyanın Fatima kəndində 1917-ci il 13 may tarixində 3 çoban uşağa görünən Məryəm Ananın verdiyi sirrlər dünyanın axırı ilə bağlıdır?
Xristian imanında bu cür görüşlər mümkündür. Buta.ws xəbər verir ki, Xristianlığın qurucusu Tarsusdan olan Şaul da Hz. İsadan 50 il sonra, Şam küçələrində gəzərkən özünə göründüyünü və məsləhət verdiyini söyləyib.
Hadisə, 1917-ci ildə Portuqaliyanın kiçik Fatima kəndində baş verib. Deyilənə görə, bu kiçik kənddə yaşayan 3 uşaq dağlarda çobanlıq edərkən Hz. Məryəmi görüblər. Hz. Məryəm isə uşaqlara kilsə tikmələrini və hər ayın 13-ü onunla orada görüşmələrini deyir. Bu hadisə bütün xristianların bu kəndə kütləvi şəkildə axın etməsinə səbəb olub. Uşaqlar iddia edir ki, Hz. Məryəm onları sıra ilə öz yanına alacağını deyib. Uşaqlara heç kim inanmasa da, 2 uşaq bir-birinin ardınca həlak olur. 3-cü isə monastrda rahib olur.
"Fatimanın sirləri" kimi tanınan əlyazmanın müəllifi isə, ölən iki uşağın qohumu olan, Lusia dos Santos adlı üçüncü uşaqdır. O, 2005-ci ildə 97 yaşında vəfat edib. Onun məsud elan edilməsinə isə 2008-ci ildə başlanılıb.
Hansı üç sirdən söhbət gedir?
Həmin öncəgörmələri, uşaqların gözünə Müqəddəs Məryəm göründükdən illər sonra qələmə alan Lusia olub. O, rahibə kimi xidmət edərək Coimbra qadın monastırında vəfat edib.
İlk iki sirri Lusia 1942-ci ildə açıqlayıb.
Birinci sirrdə cəhənnəm görüntüsü, "nəhəng alov dənizi", iblislərdən və insan ruhlarından söhbət gedir.
İkinci sirr Məryəmin, Birinci Dünya müharibəsinin başa çatacağını və Papa Pius XI dövründə İkinci dünya müharibəsinin başlanacağını öncədən görməsi hesab olunur.
Üçüncü sirri Lucia bağlı zərfdə 1957-ci ildə Vatikana çatdırıb və həmin zərf yalnız 2000-ci ildə açılır.
"Fatimanın Sirrı” ile bağlı bir kitap yazan Helmut Hoffmana göre, başlanğıcda Vatikanın Baş naziri Kardinal Sodanonun ağzından qaçırdığı, “dünya faciəsi” sözü bu sirri işarət edir. Bu gün Katolik dünyasında, bu son sirrin 3-cü Dünya müharibəsi, Katolik kilsəsinin dağılması və Vatikanın sonu kimi eşidilməkdədir.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.