"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
752
14.05.2020, 20:33
Əlcəklər 20-ci əsrin əvvəllərində yüksək dairələrdə qadının qarderobunun ayrılmaz hissəsi hesab olunurdu. Elit təbəqədən olan qadınlara evdən kənarda həmişə əlcək taxmaq tapşırılmışdı və onları ictimai yerlərdə çıxarmaq ədəbsizlik sayılırdı. Yeri gəlmişkən, mayın 12-də Rusiyanın bir sıra bölgələrində - xüsusən də Moskva və Moskva vilayətində - maska, əlcək rejimi tətbiq olunub.
Oxu24.com xəbər verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində dizaynerlər əlcəkləri yenidən dəbə qaytarmaq niyyətindədir. Modapərəstlər də artıq zərif görünmək üçün əlcək və maskaları müxtəlif naxış, işləmələrlə bəzəməyə başlayıb. Mövcud vəziyyətdən göründüyü kimi, əgər ehtiyac yaranıbsa, çox güman ki, müxtəlif əlcək modelləri ortaya çıxacaq və moda dünyası qadınlar üçün əllərinin gözəl görünəcəyi əlcəklərin versiyalarını buraxacaq. Eyni zamanda onları virus və bakteriyalardan etibarlı şəkildə qoruyacaq.
Koronavirusa yoluxan və ondan müalicə alan məşhur moda tarixçisi Aleksandr Vasiliyev İnstaqram səhifəsində bildirib ki, mavi və çəhrayı əlcəklərə tələbat çoxalıb. Ekspertin sözlərinə görə, pandemiya mağazaya gedən və ya ev heyvanlarını gəzdirmək üçün küçəyə çıxan bir çox çılğın, dəbli qadınlar üçün müəyyən tendensiyanı diktə edəcək. "Əlbəttə ki, əlcəkləri tamamlamaq üçün xanımların çoxu dərhal mavi və ya çəhrayı şərf, yaxud baş geyimlərinin də axtarışına çıxacaq", - deyə o, qeyd edib.
Sosial şəbəkələrdə yeni tendensiyaya uyğun fotolar və obrazlar görünməyə başlayıb. Mövcud vəziyyəti dəyişə bilmiriksə, niyə də əllərin gözəl görünməsi üçün müxtəlif eksperimentləri sınaqdan keçirməyək?
Lakin bütün parçalar bizi virusdan qoruya bilməz. Həkimlər birdəfəlik nitril və ya pambıq əlcək seçməyi məsləhət görür. Eyni zamanda, onlar əllərə səliqəli şəkildə uyğun olmalıdırlar. Birdəfəlik əlcəklər gündə iki saatdan çox, parça isə bütün gün istifadə edilə bilər. Nitril əlcəklərdən istifadə edərkən əllərinizi antiseptiklə silmək və istifadədən dərhal sonra atmaq tövsiyə olunur.
İstifadədən sonra parça əlcəklər əllərdən çıxarılmadan sabunlanmalı və sonra yüz dərəcə temperaturda yuyulmalıdır. Həkimlər dəri və ya lateks əlcəklərin viruslardan qorunmaq üçün uyğun olmadığını da qeyd edib, çünki hazırlanan material dezinfeksiyaedici proses üçün uyğun deyil.


00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.