“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” - Forum
09 May 2026, 10:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
972
14.05.2020, 20:16
Azərbaycanda pandemiya dövründə xüsusi karantin qaydalarını pozan vətəndaşların cərimələnməsi prosesi davam edir. Bəzi vətəndaşlar həmin cərimələrin ödənilməsini vacib saymır və buna laqeyd yanaşır. Cərimələri ödəməyən şəxsləri hansı məsuliyyət gözləyir?
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquqşünas Vüqar Babayev Trend-ə açıqlamasında cərimələri ödəməyən şəxsləri hansı məsuliyyətin gözlədiyini açıqlayıb. O bildirib ki, ölkədə xüsusi karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr istənilən halda ödənilməlidir.
Həmçinin oxuyun
Vəkilin sözlərinə görə, xüsusi karantin qaydalarını pozan şəxslər cərimə məbləğini ödəmədikləri halda qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar: "Bu proses İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə tənzimlənir. Həmin maddədə göstərilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 100 (yüz) manatdan 200 (iki yüz) manatadək məbləğdə, vəzifəli şəxslər 1500 (min beş yüz) manatdan 2000 (iki min) manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər isə 2000 (iki min) manatdan 5000 (beş min) manatadək məbləğdə cərimə edilir. Bu, qanunvericiliyin tələbidir və istənilən halda həmin cərimə olunan şəxsin bu məbləği ödəməsi mütləqdir".
V.Babayev cərimə olunan lakin həmin məbləği ödəməyən şəxslərin də məsuliyyətini açıqlayıb: "Şəxs cərimə olunduğu müddətdən etibarən 40 gün ərzində məbləği ödəməzsə, bu prosesdə həmin şəxsi qanunvericiliyə uyğun olaraq məsuliyyət gözləyir. Cərimə olunan şəxs müəyyən olunmuş müddətdə həmin məbləği ödəmədiyi halda ilk öncə bu, onun aylıq əmək haqqına yönəldilir və əməkhaqqından tutulur. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, həmin cərimə məbləği şəxsin işsizlik müavinətindən tutulur. Bunların heç biri olmadıqda isə cərimə edən orqan həmin şəxs barəsində ərazi məhkəmə orqanına müraciət edir və şəxsin ölkədən çıxışına qadağa qoyulmasını istəyir. Qanunverici orqan da həmin müraciəti təmin edir, şəxsin ölkədən çıxışına qadağa qoyur və onun barəsində axtarış elan edir. Bundan sonra, çıxarılan qərar icra edilməsi üçün məhkəmə icraçılarına yönləndirilir. İcraçı da qərarın icrasını müəyyən olunmuş müddət ərzində təmin edir".
10:07 / 09 May 2026
21
10:01 / 09 May 2026
16
01:00 / 09 May 2026
117
00:48 / 09 May 2026
346
00:30 / 09 May 2026
379
00:21 / 09 May 2026
347
00:00 / 09 May 2026
133
23:40 / 08 May 2026
121
23:25 / 08 May 2026
2502
23:17 / 08 May 2026
327
22:47 / 08 May 2026
247
22:38 / 08 May 2026
135
22:28 / 08 May 2026
322
22:14 / 08 May 2026
146
22:13 / 08 May 2026
103
22:06 / 08 May 2026
100
21:59 / 08 May 2026
103
21:48 / 08 May 2026
2149
21:39 / 08 May 2026
322
21:29 / 08 May 2026
135
21:10 / 08 May 2026
241
20:52 / 08 May 2026
361
20:48 / 08 May 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.