Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
17 Fevral 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
595
14.05.2020, 19:22
“Bildiyiniz kimi, artıq rəsmi olaraq təsdiqlənib ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində COVİD19 geniş yayılıb. Hətta Penitensiar xidmətin müalicə müəssisəsində, yəni xəstəxanasında yerlər çatmadığı üçün həyətində çadırlar qurulub. Aydın məsələdir ki, nəzarət güclü olmasa, COVİD19 həbsxanalarda ildırım sürəti ilə yayıla bilər”.
Bu sözlər Müasir Müsavat Partiyasının qərərgahına bir qrup ana tərəfindən ünvanlanan məktubdandır.
Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a bildirilib ki, şikayətçilərin məktubundan da bəlli olduğu kimi, kimlərsə düşünülmüş şəkildə ölkə başçısının dövləti və xalqı üçün gördüyü işlərə kölgə salmaq istəyir, insanların Prezidentdən narazı düşməsinə çalışır.
Həmçinin oxuyun
Məktubda deyilir:
“Martın15-dən etibarən məhbuslara evdən nə yemək, nə paltar, nə içməli su, nə də vitamin və dərmanlarını vermək mümkün deyil. Habelə, istintaq təcridxanasında olan təqsirləndirilən şəxslərin rejimi elə formada qurulub ki, onların təmiz hava və hərəkətliliklə də bağlı problemləri var. Daha doğrusu, günəş və təmiz hava defisiti yaşayırlar. Aydın məsələdir ki, bu sadalananlar immuniteti ciddi şəkildə zəiflədir. Aydındır ki, COVİD19-a yoluxanların böyük əksəriyyəti immunitet sisteminin zəifləməsi səbəbindən kütləvi ölümlə nəticələnə bilər. Xəstə insanlara karantin tətbiq etmək əvəzinə, sağlam insanlara tətbiq edib immunitetlərini zəiflətmək olmaz. Ən əsası isə bu məhkumlar içərisində çoxları artıq azadlıqda olacağı halda, hələ də məhkəmə iclaslarının bərpa olunmasını gözləyir. Ədliyyə nazirliyi məhkəmə iclaslarını artıq 2 aya yaxındır ki, saxlayıb. Halbuki yüzlərlə məhkum bu məhkəmələrdən, şərti cəza, cərimə cəzası, məntəqə tipli müəssisəyə keçmə, habelə cəzasının 3/2 çəkdiyi üçün azadlığa çıxa bilərdi. Təəssüf ki, ədliyyə nazirliyi narazılıq dalğasının yaranma ehtimalının fərqində deyil.
Cənab Prezidentə bu səbəbdən müraciət edənlər çoxdur. Amma nədənsə mövzu gizlədilir, ona gedib çatmır. Halbuki artıq bütün məhbus ailələrində böyük panika və narazılıqlar baş qaldırıb. Müalicə müəssisəsində baş verənləri gizlətmək əvəzinə, məhkəmə iclaslarını bərpa edib qanunla azad oluna biləcək şəxslərin hüquqlarını bərpa etmək lazımdır. Yəni narazılıqlar yaratmağa ehtiyac yoxdur. Bilmək lazımdır ki, ölən hər şəxsin bütün ailəsi və ətrafı istər istəməz hökumətdən narazı qala bilər”.
Qeyd edək ki, MMP-nin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən məktubla bağlı partiyada müzakirələr aparıldıqdan sonra həlli üçün aidiyyəti orqanlara müraciət ediləcək.
16:02 / 17 Fevral 2026
1
15:54 / 17 Fevral 2026
21
15:44 / 17 Fevral 2026
24
15:36 / 17 Fevral 2026
40
15:09 / 17 Fevral 2026
30
15:04 / 17 Fevral 2026
31
14:52 / 17 Fevral 2026
375
14:42 / 17 Fevral 2026
67
14:18 / 17 Fevral 2026
438
14:16 / 17 Fevral 2026
39
13:59 / 17 Fevral 2026
141
13:51 / 17 Fevral 2026
101
13:41 / 17 Fevral 2026
53
13:39 / 17 Fevral 2026
53
13:07 / 17 Fevral 2026
68
13:06 / 17 Fevral 2026
63
12:58 / 17 Fevral 2026
1645
12:55 / 17 Fevral 2026
70
12:51 / 17 Fevral 2026
168
12:39 / 17 Fevral 2026
66
12:36 / 17 Fevral 2026
78
12:24 / 17 Fevral 2026
67
12:06 / 17 Fevral 2026
511
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.