Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?
09 May 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
649
14.05.2020, 12:47
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, FHN-dən bildiriblər ki, 2020-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqəyə qatılmaq istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, əmək kitabçasını (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənədi, sağlamlıq haqqında arayışı (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), və 3x4 ölçüdə qırmızı fonda çəkilmiş iki fotoşəkli şəxsən təqdim etməlidirlər.
Həmçinin oxuyun
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.
Sənədlər 2020-ci il mayın 14-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir. Əlaqə telefonları: (012) 512-17-35 və 512-17-09.
01:00 / 09 May 2026
81
00:48 / 09 May 2026
277
00:30 / 09 May 2026
304
00:21 / 09 May 2026
275
00:00 / 09 May 2026
101
23:40 / 08 May 2026
105
23:25 / 08 May 2026
1110
23:17 / 08 May 2026
275
22:47 / 08 May 2026
219
22:38 / 08 May 2026
115
22:28 / 08 May 2026
282
22:14 / 08 May 2026
128
22:13 / 08 May 2026
89
22:06 / 08 May 2026
87
21:59 / 08 May 2026
85
21:48 / 08 May 2026
1551
21:39 / 08 May 2026
279
21:29 / 08 May 2026
121
21:10 / 08 May 2026
228
20:52 / 08 May 2026
329
20:48 / 08 May 2026
169
20:36 / 08 May 2026
110
20:18 / 08 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.