Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?
09 May 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
942
13.05.2020, 12:51
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejiminin şərtlərinin yumşaldılması geniş müzakirə olunur.
BAKU.WS xəbər verir ki, bu kateqoriyaya aid şəxslərlə bağlı yumşaldılmanın ediləcəyi Operativ Qərargahın brifinqində də səslənib.
Lakin sonradan koronavirusa yoluxmaların sayının artması 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin şərtlərinin yumşaldılmasını təxirə salıb. Mövcud vəziyyətda yaşlı insanların çölə çıxmasına qoyulan qadağanın yumşaldılmasını millət vəkili Aqil Abbas da təklif edib.
O, BAKU.WS-ə açıqlamasında bildirib ki, yaşlı insanların evdə qalması onların digər xəstəliklərə yoluxmasına gətirib çıxara bilər:
"Hesab edirəm ki, bizdə 65 yaşından yuxarı insanlar üçün karantin rejiminin şərtlərində yumşalma olmalıdır. Artıq Türkiyədə də yaşlı insanların həftənin müəyyən günləri 4 saat çölə çıxmasına icazə verilir. Təbii ki, evlərinə yaxın ərazilərdə.
Bu insanların yaşı 65-i keçib və oturaq həyat ahıl insanlarda ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Evdə nə qədər idman etsən də, bu həmin effekti verə bilməz. İnsan yeriməli, təmiz hava almalı və günəşi görməlidir. Bu olmayanda müəyyən xəstəliklər əmələ gəlir.
Həmçinin oxuyun
Fikrimcə, bu məsələ tezliklə öz həllini tapacaq, yaşlı insanlara da müəyyən saatlarda evdən çıxmağa icazə veriləcək. Koronavirus 30 il davam etməyəcək ki? Yəqin ki, bir aydan sonra yumşalmalar daha çox olacaq".
Aqil Abbas hesab edir ki, indiki dövrdə 65 yaşından yuxarı insanlara səhər 10:00-11:00, axşam tərəfi isə 16:00-17:00 arası çölə çıxmağa icazə verilməlidir:
"Yaşlı insanlara günəşli havada 1-2 saat keçirmək icazəsi verilsə, bu, onlara çox müsbət təsir edəcək. Amma onların evdən çölə çıxmasına icazə yalnız evlərinin ətrafı üçün verilməlidir.
Türkiyədə belə bir praktika var ki, orada həftənin dörd günü heç kimin çölə çıxmasına icazə vermirlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün 65 yaşdan yuxarı insanlara müəyyən qədər gəzməyə icazə verirlər. Bizdə şükürlər olsun ki, belə bir qadağa yoxdur, sadəcə insanlara müəyyən məhdudlaşdırmalar tətbiq olunub.
Vətəndaşlarımız gərək qaydalara riayət etsinlər. Sui-istifadə hallarına yol verilməsin. Nə qədər insan buna görə cərimə də olunub. Gərək vətəndaşlarımız karantin şərtlərinə tam riayət etsinlər".
01:00 / 09 May 2026
62
00:48 / 09 May 2026
229
00:30 / 09 May 2026
264
00:21 / 09 May 2026
231
00:00 / 09 May 2026
83
23:40 / 08 May 2026
87
23:25 / 08 May 2026
582
23:17 / 08 May 2026
250
22:47 / 08 May 2026
203
22:38 / 08 May 2026
103
22:28 / 08 May 2026
255
22:14 / 08 May 2026
116
22:13 / 08 May 2026
80
22:06 / 08 May 2026
77
21:59 / 08 May 2026
76
21:48 / 08 May 2026
1350
21:39 / 08 May 2026
259
21:29 / 08 May 2026
108
21:10 / 08 May 2026
217
20:52 / 08 May 2026
313
20:48 / 08 May 2026
156
20:36 / 08 May 2026
101
20:18 / 08 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.