"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
634
10.05.2020, 18:07
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.
Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşaayaan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəaralı bir addım atıldı. Dünən Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik. O əlavə edib ki, öncə bu respublikanın MİLLİ ŞURASI fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökümət formalaşdırılaacaq.
“Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur. Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmuşdur, bu dövlətin hakimiyyəti altında yaşayan digər xalqlar ədalətlə idarə edilmiş, onların milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir. Mənimlə razılaşarsınız ki, Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyildir. Rusiya İrəvanı işğal edərək buradakı dövlətçiliyimizə son vermişdir.
Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilərə bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmuşlar. Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməmişlər. Onun biri Ermənistan deyilən dövlətə birləşdirilmiş, digəri issə hal- hazırda işğal altındadır.
Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi “qayğı” nəticəsində bizim torpaqlardan əlavə “pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılmışdır. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilmişdir. Bu, dövlət səviyyəsində aparılmışdır. Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır
“Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır.
Qafar Çaxmaqlı vurğulamışdır ki, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızn bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə- baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatmışdır. Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarının müdafiə etmək üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.