Vado Korovinin qızını “Space”dən uzaqlaşdırdı
08 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
951
08.05.2020, 23:21
Oturaq həyat tərzi müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə yaradan səbəblərdən biri sayılır. Təəssüflər olsun ki, indi qısa məsafəni də avtomobil və ya ictimai nəqliyyatla getməyi üstün tutanlar var. Piyada gəzməyin insan orqanizmi üçün çox böyük faydalıdır. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək daha çox vacibdir.
Oxu24şcom AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: "Sürətli və cəld yeriş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir. Piyada gəzmək ürək-damar sistemi üçün daha çox faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı qidalanır. Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.
Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini yaxşılaşdırır, qanda xolesterinin və şəkərin səviyyəsinin azalmasına səbəb olur. Şəkərli diabet xəstələrinin profilaktikası və müalicəsində çox müstəsna əhəmiyyət daşıyır. Sümük-dayaq sistemi və oynaqların funksiyasını yaxşılaşdırır".
Həmçinin oxuyun
Həkim-terapevt qeyd edib ki, gəzinti zamanı addımların sayına fikir vermək lazımdır. Yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə addımların sayını azaltmaq və artırmaq olar: "Gəzinti dörd sürətlə aparılır. Dəqiqədə 60-70 addım yavaş, 70-90 addım orta, 90-110 addım yüksək, 110-130 addım atmaqla olan gəzinti çox yüksək sürətli hesab olunur. Gəzinti zamanı tənəffüsün normal olmasına fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, gəzinti təngnəfəsliyə və ağrıya səbəb olmasın".
Axşam gəzintisi sağlam və dərin yuxuya da yaxşı kömək edir. Yaradıcı insanlar üçün də bu, xüsusilə vacibdir. Çünki gəzinti zamanı daha dərindən düşünmək mümkündür. Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizmdə baş verən müsbət dəyişikliklərin şahidi olmaq mümkündür.
19:48 / 08 May 2026
5
19:39 / 08 May 2026
84
19:29 / 08 May 2026
34
19:16 / 08 May 2026
39
19:05 / 08 May 2026
173
18:57 / 08 May 2026
47
18:42 / 08 May 2026
181
18:38 / 08 May 2026
55
18:29 / 08 May 2026
58
18:19 / 08 May 2026
213
18:05 / 08 May 2026
171
17:55 / 08 May 2026
156
17:45 / 08 May 2026
57
17:35 / 08 May 2026
47
17:25 / 08 May 2026
48
17:15 / 08 May 2026
510
17:10 / 08 May 2026
58
16:56 / 08 May 2026
383
16:42 / 08 May 2026
102
16:40 / 08 May 2026
53
16:37 / 08 May 2026
65
16:32 / 08 May 2026
67
16:24 / 08 May 2026
1089
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.