Heydərovun işdən çıxarılan müavini haqda maraqlı FAKTLAR: Hərbi rütbəsi yoxdur,kürəkəni də bu nazirin MÜAVİNİDİR
16 Fevral 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
932
06.05.2020, 21:15
Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. İki aydır ki, kiminsə evindən “Vağzalı” səsi eşidilmir. Mövcud durumdan isə ən çox zərər çəkən heç şübhəsiz ki, şadlıq saraylarıdır.
Maraqlıdır, indi şadlıq sarayları yay ayları üçün sifariş qəbul edirmi? İnsanlar necə, yaya toy planlaşdırırmı?
"Ölkə.Az" bildirir ki, bu suallarla Bakıda yerləşən şadlıq saraylarına müraciəti modern.az edib.
“İmperial” şadlıq sarayından deyiblər ki, artıq iyun ayı üçün boş gün qalmayıb:
“Aprel-may ayının toyları təxirə salındığı üçün bütün mərasimləri növbəti aya keçirmişik. İyun ayının 1-dən 30-dək bütün günlər bron edilib. Aprel ayında 22 toy təxirə salındı. İyul ayı üçün də sifarişlər çoxdur, həmin ay üçün cəmi 7 gün boş qalıb”.
“Yeganə” şadlıq sarayından bildiriblər ki, camaata yalandan söz verməyin mənası yoxdur:
“Toy-nişan mərasimləri üçün müraciət daxil olur, amma biz qəbul etmirik. Çünki kiməsə yalandan söz verə bilmərik ki, iyun-iyul ayında mütləq toy mərasiminizi təşkil edəcəyik. İndi vəziyyət elədir ki, qərarsız qalmışıq”.
“Su Sonası” şadlıq sarayından deyiblər ki, həm müraciət edənlər tərəddüdlüdür həm də onlar:
“Müraciətlər olur, amma kiməsə dəqiq cavab verə bilmirik. Mart-aprel ayına toy etmək istəyənlər var idi ki, indi onlar həmin mərasimləri iyun-iyul ayına keçirmək istəyirlər. Amma bizə dəqiq vaxt deyə bilmirlər ki, hansı tarixləri istəyirlər. Çünki hamı narahatdır ki, vaxt təyin edər, toy mərasimi yenidən alınmayar”.
Həmçinin oxuyun
“Arena” şadlıq sarayından deyiblər ki, müraciətlər daxil olur və onları qəbul edirlər:
“Daxil olan müraciətlər əsasən toy-nişan mərasimləri ilə bağlıdır. Hələ ki iyun ayı üçün sifarişləri qəbul edirik. Amma yeni qayda tətbiq olunsa ki, iyun ya da iyulda toy olmayacaq, onda mərasimlər təxirə salınacaq”.
“Çıraq Palas” şadlıq sarayında da hazırda durğunluqdur:
“Sifarişlər olur, amma əvvəlki qədər müraciət yoxdur. Demək olar ki, iyun-iyul ayı üçün eyni sayda toy-nişan sifarişi almışıq”.
“Badi-Səba” şadlıq sarayından deyiblər ki, sifarişlər olur, amma gənclər toy mərasimləri təxirə salınar deyə, çox gərgindir:
“Aprel-may ayının toyları təxirə salındığı üçün daha çox müraciət iyun ayınadır. Bütün saraylar kimi biz də sifarişləri qəbul edirik. Əsasən böyük toy mərasimləri üçün müraciətlər olur, amma kiçik toy və nişan mərasimi etmək istəyənlər də var. Bizə müraciət edən gənclərin çoxu gərgindir ki, yenə planları alt-üst olacaq”.
“Venera” şadlıq sarayında aprel ayı üçün nəzərdə tutulan 15 toy mərasimi təxirə salınıb:
“Sifarişləri qəbul edirik, amma bilmirik ki, Nazirlər Kabineti nə qərar verəcək. Toy üçün müraciət edən gənclər var. Ancaq əvəlcədən beh verməyə ehtiyat edirlər. Əgər konkret qərar olsaydı, biz də camaata dəqiq söz deyərdik”.
09:37 / 16 Fevral 2026
127
09:33 / 16 Fevral 2026
28
09:26 / 16 Fevral 2026
39
09:16 / 16 Fevral 2026
198
08:23 / 16 Fevral 2026
34
23:26 / 15 Fevral 2026
341
23:05 / 15 Fevral 2026
113
22:50 / 15 Fevral 2026
723
22:23 / 15 Fevral 2026
153
22:01 / 15 Fevral 2026
377
21:38 / 15 Fevral 2026
3976
21:33 / 15 Fevral 2026
96
21:30 / 15 Fevral 2026
109
21:26 / 15 Fevral 2026
90
21:20 / 15 Fevral 2026
247
21:00 / 15 Fevral 2026
314
20:40 / 15 Fevral 2026
3317
20:08 / 15 Fevral 2026
106
19:45 / 15 Fevral 2026
92
19:25 / 15 Fevral 2026
3094
19:16 / 15 Fevral 2026
86
19:11 / 15 Fevral 2026
123
19:07 / 15 Fevral 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.