Əli Məmmədov bu federasiyanın baş katibi oldu
26 Oktyabr 2026, 18:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
782
06.05.2020, 19:26
Quba rayonunda təsərrüfatların sulanmasında problem yaranıb. Əkin sahələrini suvarmaq istəyən fermerlər suyun olmamasından əziyyət çəkirlər.
Bizimyol.info-nun məlumatına görə, sakinlər deyirlər ki, hazırda ən çox ehtiyac olduğu vaxtda əkin sahələrini və bağlarını suvara bilmirlər.
Sakinlər iddia edib ki, ərazidə suvarma kanalının olmasına baxmayaraq, onlara həmin mənbədən su götürməyə imkan verilmir.
Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi Süleyman Nemətov gəlib.
İcra başçısı bildirib ki, bir həftə əvvəl icra hakimiyyətində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı operativ qərargah yardılıb: “Bildiyiniz kimi dövlət başçısı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb. Bizə məktub göndərilib. Biz yerli icra qurumları ilə birlikdə müzakirələr aparıb, təkliflərimizi Tədbirlər Planı üçün hazırlamışıq. Bir az səbr etmək lazımdır. Hazırda həm içməli, həm də suvarma suyu ilə bağlı məsələlərin mərhələli həll yollarına çalışırıq”.
18:20 / 26 Oktyabr 2026
46
18:10 / 26 Oktyabr 2026
46
17:45 / 26 Oktyabr 2026
120
17:01 / 26 Oktyabr 2026
94
17:00 / 26 Oktyabr 2026
255
16:58 / 26 Oktyabr 2026
72
16:46 / 26 Oktyabr 2026
72
16:42 / 26 Oktyabr 2026
69
16:30 / 26 Oktyabr 2026
97
16:17 / 26 Oktyabr 2026
101
16:08 / 26 Oktyabr 2026
219
15:57 / 26 Oktyabr 2026
88
15:50 / 26 Oktyabr 2026
275
15:48 / 26 Oktyabr 2026
139
15:44 / 26 Oktyabr 2026
192
15:41 / 26 Oktyabr 2026
94
15:37 / 26 Oktyabr 2026
73
15:34 / 26 Oktyabr 2026
103
15:28 / 26 Oktyabr 2026
80
15:19 / 26 Oktyabr 2026
207
15:10 / 26 Oktyabr 2026
115
15:07 / 26 Oktyabr 2026
216
15:03 / 26 Oktyabr 2026
1369
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.