Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30575
az

Koronavirus xəstələrinə qan lazımdır

18:4906 May, 2020
505
CƏMİYYƏT
  • A

Artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə TƏBİB COVID-19 xəstəliyindən sağalan vətəndaşları qan plazması donoru olaraq digər xəstələrə yardım etməyə çağırır.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov APA TV-yə verdiyi açıqlamasında bildirib ki, koronavirusdan sağalan xəstələr Bakı şəhərində Mirəli Qaşqay 87 ünvanında yerləşən Mərkəzi Qan Bankına gəlməklə COVID-19-dan müalicə olunan xəstələrə yardım edə bilərlər: “Koronavirus xəstəliyinin tam təsdiqlənmiş müalicəsi mövcud deyil. Bu gün  müalicələr daha çox virus əleyhinə və digər preparatlara əsaslanır. Ümumilikdə ağır xəstələrin müalicəsi aktual olaraq qalır. Bizim Mərkəzdə yeni layihə əsasında sağalmış xəstələrdən immun plazma  götürülüb xəstələrə köçürülməsi planlaşdırılır”.   

Bu prosesləri həyata keçirmək üçün xüsusi işçi qrupunun yaradıldığını deyən Valeh Hüseynov bildirib ki, immun plazma köçürülməsi dünya təcrübəsində artıq sınaqdan keçirilib. Türkiyədə ilk plazma müalicəsi alaraq sağalan xəstə artıq özünü yaxşı hiss edir: “Konvalesent plazma müalicəsi daha əvvəllərdə Koronavirus, Sars, Ebolaya tutulan xəstələrin üzərində həyata keçirilib. Və nəticəsi də müsbət qeydə alınıb. Məqsəd bu infeksiyanı keçirən insanların qanında olan anti-cisimlərdən istifadə etməkdir. Koronavirus infeksiyasını keçirmiş insanlar ilk gündən sonra heç bir kliniki əlamətləri yoxdursa və təkrar müayinələri neqativdirsə o zaman öz plazmalarını könüllü surətdə verə bilərlər”.    

Bəs Koronavirus xəstələri üçün kimlər plazma donoru ola bilər?
COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalanlar, tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olanlar, 18-60 yaş arası könüllü şəxslər, hamilə olmayan qadınlar, həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar koronavirus xəstələri üçün plazma donoru ola bilər.

Qaydalara əsasən uyğun donor qan donorluğunda olduğu kimi razılıq forması doldurur və müayinə edilir. Daha sonra donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan 45-60 dəqiqə davam edən aferez metodu ilə plazma alınır. Donordan immun plazma 1 ay ərzində ən çox 3 dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər. 

Valeh Hüseynovun sözlərinə görə, bu prossedurun donorun sağlamlığı üçün heç bir riski yoxdur. Bir nəfər donordan alınmış 600 milli litr plazma bir və ya bir neçə xəstənin həyatını qurtara bilər.
 
Qeyd edək ki, könüllü donorlar müəyyən olunmuş növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunacaq, gəlmə imkanı olmayan könüllü donorlar üçün isə Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunacaq. Bunun üçün könüllü donorlar Mərkəzi Qan Bankının 012 440 65 86, 012 440 78 50, 012 441 66 52 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Avrasiya Hospital”da lift qırıldı- Xəsarət alan var
14 yaşlı oğlanın öldüyü məşq zalından- Görüntülər
Baş nazir yeni QƏRAR İMZALADI

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Havvaxanım Rüstəmova ev    dustaqlığına   buraxıldı