"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
648
05.05.2020, 18:02
Ölkəmizdə soyadların milli formaya keçilməsi məsələsi illərdir ki, müzakirə olunur. Soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, "ov", "yev" sonluqlarından xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri -ov, -yev soyad sonluqlarını daşımaqdadır. Bəs bu problemin həll oluna bilməməsinin əsas səbəbi nədir?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Rauf Arifoğlu - Jurnalist: "Əsas məsələ və problem ondan ibarətdir ki, dövlət bu məsələyə bir az liberal yanaşdı və məcburiyyət qoymadı, hər kəsi öz ümidinə buraxdı. Bunun da nəticəsi ondan ibarətdir ki, yalnız çox cüzi, çox az bir hissə bu adlardan imtina edib".
Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, bu məsələdə məcburiyyət olmamalıdır .
Fazil Mustafa - Milli Məclisin deputatı: "İnsanlara şans verilməlidir ki, onlar özləri könüllü şəkildə bu soyada keçsinlər. Məcburi qaydada keçmək olar, amma məcburi qaydada bir çox insanlar dəyişimi hələ ki həzm etmək istəmirlər, ya da məqsədəuyğun saymırlar, nəsildən nəsilə ötürülən soyadı qorumağa daha çox üstünlük verirlər".
Lakin bu iddia ilə həmfikir olmayanlar da var:
Rauf Arifoğlu - Jurnalist: "Nə qədər gec olsa da, yenə olmalıdır, bu proses baş verməlidir, Azərbaycanı əhatə etməlidir. Azərbaycan parlamenti bununla bağlı bir qanun qəbul etməlidir, soyadlar məcburi olaraq milliləşdirilməlidir. Bu, hər bir millət üçün bir identifikasiya kodudur, bu mütləq lazımdır".
Soyad məsələsində digər fikirayrılığı yaranan məsələ milli sonluqlarla bağlidir. -li, -lu, -soy, -zadə kimi sonluqlar təklif edilir. Lakin Türkiyədə olduğu kimi sonluqsuz soyadlara üstükluk vərənlər də çoxalmaqdadır.
Fazil Mustafa - Milli Məclisin deputatı: "Mən prinsip olaraq öz soyadımda olduğu kimi heç bir şəkilçisiz soyadın qəbul olunmasına üstünlük vermişəm. Hər bir halda könül istərdi ki, hamı dəyişsin və milli soyadımız olsun, amma bunu tədricən etmək və insanların öz iradəsinə buraxmaq, məncə, daha doğrudur".
Artıq bəzi postsovet ölkələri "-ov", "-yev" sonluğundan imtina edib. Son olaraq isə Tacikistan oxsar addımı atıb. Ölkə rəsmiləri ruslardan qalma bu ənənəyə son vermək qərarına gəlib.
Rauf Arifoğlu - Jurnalist: "Bu adın dəyişməsi, əslində, kompleks sənədlərin dəyişməsinə gətirib çıxarmalıdır. Əgər vətəndaşın vizası varsa, o vizaların da ləğvinə gətirib çıxarır, çünki sənəd dəyişir".
Qeyd edək ki, ötən il ərzində soyad sonluğunun dəyişdirilməsi üçün qeydiyyat orqanlarına 2308 müraciət daxil olub və onların hamısı təmin edilib.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.