Bu rayonlarda qaz OLMAYACAQ
27 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
27.08.2026, 16:59
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
Oxu24.com xəbər verrir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu tutulma Qismən Ay tutulması olacaq. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş arasındakı xəttin üzərindən dəqiq keçmir. Buna görə də tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada – bir düz xətt üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkün olur.
Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cuzi azalması kimi hiss olunur.
Qeyd edək ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi – iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən Qismən Günəş tutulması kimi müşahidə olunacaq.
17:19 / 27 Avqust 2026
1
17:15 / 27 Avqust 2026
10
17:15 / 27 Avqust 2026
15
17:07 / 27 Avqust 2026
27
16:44 / 27 Avqust 2026
55
16:41 / 27 Avqust 2026
48
16:39 / 27 Avqust 2026
467
16:35 / 27 Avqust 2026
56
16:33 / 27 Avqust 2026
58
16:20 / 27 Avqust 2026
52
16:05 / 27 Avqust 2026
75
16:02 / 27 Avqust 2026
59
15:40 / 27 Avqust 2026
197
15:40 / 27 Avqust 2026
64
15:16 / 27 Avqust 2026
68
15:15 / 27 Avqust 2026
67
14:59 / 27 Avqust 2026
65
14:45 / 27 Avqust 2026
72
14:35 / 27 Avqust 2026
73
14:19 / 27 Avqust 2026
82
14:10 / 27 Avqust 2026
77
13:51 / 27 Avqust 2026
74
13:45 / 27 Avqust 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.