Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
290
27.08.2026, 16:44
Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv olunub.
Oxu24.com xəbər verir ki, keçmiş deputat Aleksandr Qliskovun işi üzrə əsas şahid hesab olunan Səməd Yusubov Krasnoyarsk diyarının Qanunvericilik Məclisinə seçki yarışından kənarlaşdırılıb.
Məlumata görə, Yusubov Rusiya Kommunist Partiyasının Şarıpovo regional qrupunda siyahının birinci nömrəsi olub. Lakin avqustun 21-də seçki komissiyası partiyanın diyar komitəsinin bürosunun qərarı əsasında onu namizədlər siyahısından çıxarıb. Qərarın səbəbləri ictimaiyyətə ətraflı açıqlanmayıb.
Səməd Yusubov uzun illər “KrayDEO” müəssisəsində çalışıb, rəhbər müavini və direktor vəzifələrini tutub. O, 2018–2023-cü illərdə “Ədalətli Rusiya” Partiyasından Krasnoyarsk Şəhər Şurasının deputatı olub.
2023-cü ildə Yusubov özü də vəzifə səlahiyyətlərindən sui-istifadə işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Lakin 2024-cü ilin fevralında cinayət təqibinə müddətin keçməsi səbəbindən xitam verilib. İşdə 3,6 milyon rublun ehtimal olunan mənimsənilməsi ilə bağlı epizod da yer alıb.
Daha sonra Yusubovun ifadələri Aleksandr Qliskovun cinayət işi üçün mühüm əhəmiyyət daşıyıb. İstintaqın versiyasına görə, Qliskov 2017-ci ildə vasitəçi ilə “KrayDEO” rəhbərinin müavinindən himayədarlıq müqabilində 5 milyon rubl tələb edib və bunun 1 milyon rublunu alıb. Qliskov ittihamları qəbul etməyib.
2024-cü ilin oktyabrında o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2026-cı ilin fevralında Krasnoyarsk Diyar Məhkəməsi hökmü ləğv edib və işi prokurorluğa qaytarıb.
Avqust ayında Qliskova yeni ittiham irəli sürülüb. Ehtimal olunan rüşvətin verilmə müddəti 2017-ci il mayın 18–22-si kimi dəqiqləşdirilib, “KrayDEO”ya qarşı “informasiya təzyiqi” dövrü isə 2016-cı ilin oktyabrına qədər genişləndirilib.
Müdafiə tərəfi hesab edir ki, ittihamdakı bu dəyişikliklər mövcud materiallara uyğunlaşdırma cəhdidir.///lent.az
00:42 / 27 Oktyabr 2026
88
00:00 / 27 Oktyabr 2026
79
23:43 / 26 Oktyabr 2026
104
23:30 / 26 Oktyabr 2026
84
23:16 / 26 Oktyabr 2026
96
23:08 / 26 Oktyabr 2026
84
22:58 / 26 Oktyabr 2026
93
22:56 / 26 Oktyabr 2026
91
22:51 / 26 Oktyabr 2026
77
22:34 / 26 Oktyabr 2026
503
22:30 / 26 Oktyabr 2026
88
22:11 / 26 Oktyabr 2026
93
22:11 / 26 Oktyabr 2026
80
22:04 / 26 Oktyabr 2026
98
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
81
21:53 / 26 Oktyabr 2026
237
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
87
21:30 / 26 Oktyabr 2026
91
21:05 / 26 Oktyabr 2026
1721
21:02 / 26 Oktyabr 2026
98
20:56 / 26 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.