Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
241
27.08.2026, 13:45
Əllərdə əsmə, tez yorulma, halsızlıq və ümumi zəiflik kimi şikayətlər bir çox insan tərəfindən qalxanabənzər vəzin (zob) problemləri ilə əlaqələndirilir. Lakin mütəxəssislər bildirirlər ki, bu əlamətlər təkcə endokrin xəstəliklər zamanı deyil, həm də qan azlığı (anemiya) hallarında müşahidə oluna bilər.
Həkimlərin sözlərinə görə, oxşar simptomlar səbəbindən bəzi pasiyentlər özlərinə diaqnoz qoymağa çalışır və bu da düzgün müalicənin gecikməsinə səbəb olur. Buna görə də şikayətlərin səbəbini müəyyən etmək üçün ilk növbədə tibbi müayinədən və laborator analizlərdən keçmək vacibdir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-mütəxəssis Dr. Mirəldar Babayev bildirib ki, sadalanan əlamətlər həm qan azlığında, həm də qalxanabənzər vəzin bəzi xəstəliklərində rast gəlinə bilər.
“Əllərin əsməsi, tez yorulma, halsızlıq və digər oxşar simptomlar doğrudan da qalxanabənzər vəz xəstəliklərində müşahidə oluna bilər. Lakin eyni əlamətlər qan azlığı zamanı da ortaya çıxır. Buna görə də təkcə simptomlara əsasən nəticə çıxarmaq düzgün deyil”, – deyə həkim qeyd edib.
Mütəxəssisin sözlərinə görə, belə hallarda ilk addım həkimə müraciət etmək və lazımi analizlərdən keçmək olmalıdır:
“Əgər bu simptomlar qan azlığı ilə əlaqədardırsa, laborator müayinələr vasitəsilə bunun səbəbi müəyyən ediləcək və xəstəyə uyğun müalicə təyin olunacaq. Qan göstəriciləri normal olduqda isə digər ehtimallar araşdırılmalı və zərurət yaranarsa, pasiyent endokrinoloq da daxil olmaqla müvafiq mütəxəssislərə yönləndirilməlidir”.
Dr. Mirəldar Babayev vurğulayıb ki, özünüqiymətləndirmə və ya internetdəki məlumatlara əsaslanaraq diaqnoz qoymaq sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssis vətəndaşlara uzunmüddətli halsızlıq, tez yorulma, başgicəllənmə, əllərdə əsmə və digər oxşar şikayətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, düzgün diaqnoz və vaxtında başlanılan müalicə bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
00:42 / 27 Oktyabr 2026
91
00:00 / 27 Oktyabr 2026
81
23:43 / 26 Oktyabr 2026
107
23:30 / 26 Oktyabr 2026
84
23:16 / 26 Oktyabr 2026
98
23:08 / 26 Oktyabr 2026
86
22:58 / 26 Oktyabr 2026
96
22:56 / 26 Oktyabr 2026
93
22:51 / 26 Oktyabr 2026
81
22:34 / 26 Oktyabr 2026
534
22:30 / 26 Oktyabr 2026
89
22:11 / 26 Oktyabr 2026
94
22:11 / 26 Oktyabr 2026
80
22:04 / 26 Oktyabr 2026
99
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
81
21:53 / 26 Oktyabr 2026
244
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
87
21:30 / 26 Oktyabr 2026
92
21:05 / 26 Oktyabr 2026
1916
21:02 / 26 Oktyabr 2026
99
20:56 / 26 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.