Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
289
27.08.2026, 14:35
Gecə saatlarında işığı söndürmədən yatmaq və ya yataq otağında zəif işıq mənbəyi saxlamaq bir çox insan üçün adi vərdişə çevrilib. Lakin mütəxəssislər yuxu zamanı işığa məruz qalmağın orqanizmin təbii bioloji ritminə və yuxu keyfiyyətinə təsir göstərə biləcəyini bildirirlər.
Araşdırmalar da gecə saatlarında işığa məruz qalma ilə ürək-damar və metabolik problemlər arasında əlaqə ola biləcəyini göstərir. Bu səbəbdən mütəxəssislər yuxu zamanı mümkün qədər qaranlıq mühitə üstünlük verməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-mütəxəssis Dr. Üzeyir Rəhimov gecə işıqda yatmağın orqanizmə mümkün təsirləri barədə xəbərdarlıq edib.
Həkim bildirib ki, qaranlıqda yatmaqla işıqlı mühitdə yatmaq arasında fizioloji baxımdan əhəmiyyətli fərq var:
“Bu yaxınlarda Böyük Britaniyada 90 minə yaxın insanın 10 il ərzində izlənildiyi genişmiqyaslı araşdırma aparılıb. Tədqiqatın nəticələrinə əsasən, gecə saatlarında işığa məruz qalma ilə ürək-damar xəstəlikləri, o cümlədən infarkt, ürək çatışmazlığı, səyirici aritmiya və şəkərli diabet arasında əlaqə müşahidə olunub”.
Onun sözlərinə görə, insan orqanizmi gecə saatlarında qaranlıq mühitdə istirahət etməyə uyğunlaşıb:
“Gecə yuxusu zamanı qan təzyiqi aşağı düşür, stress hormonlarının səviyyəsi azalır və orqanizmdə bərpa prosesləri gedir. İşığa məruz qalmaq isə bu təbii proseslərə təsir göstərə bilər”.
Dr. Üzeyir Rəhimov gecə gec saatlarda yataraq gündüz saatlarında yuxuya üstünlük verən şəxslərin də yuxu rejiminə diqqət etməsinin vacibliyini vurğulayıb.
“Yuxu rejiminin pozulması və gecə-gündüz ritminin dəyişməsi uzunmüddətli perspektivdə ürək-damar sistemi və maddələr mübadiləsinə mənfi təsir göstərə bilər. Buna görə də mümkün qədər vaxtında yatmaq və yuxu zamanı otağı qaranlıq saxlamaq tövsiyə olunur”, – deyə həkim əlavə edib.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.