ƏMR İMZALANDI:Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
13 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
278
24.08.2026, 14:55
Müasir dövrdə orqanizmin cavanlaşdırılması və ömrün uzadılması ilə bağlı müxtəlif iddialar tez-tez gündəmə gəlir. Xüsusilə gənc fərdlərin qanının yaşlı insanlara köçürülməsi yolu ilə cavanlaşmanın mümkünlüyü barədə fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Lakin tibbi mütəxəssislər bu cür yanaşmaların heç bir elmi əsasının olmadığını və tamamilə mif xarakteri daşıdığını bildirirlər. Qan hüceyrələrinin yaşama dövrü və sümük iliyinin fəaliyyət mexanizmi bu iddiaları təkzib edir. Oxu24.com məsələnin tibbi tərəflərini öyrənmək üçün mütəxəssisə müraciət edib.
Mövzu ilə bağlı Dr. Mir Eldar Babayev açıqlamasında bildirib:
"Bütün qan formalı elementləri, söhbət burda əsas qırmızı qan kürəciklərindən, eritrositlərdən gedir, onların yaşama dövrü var. İstər uşaq olsun, istər böyük olsun, yaşlı olsun, onların hamısında o formalı elementlərin yaşama dövrü var. 80-120 gün arası yaşayır. Və onların keyfiyyəti yaşdan asılı olaraq dəyişmir”.
Onun sözlərinə görə, onların hemoqlobin saxlamaq və ya dəmir saxlamaq tərkibində, və yaxud da ki, qlobin zəncirləri deyirlər, yəni bunu eritrositlərin tərkibini təşkil edir, dəyişmirlər. Digər hər hansı bir hissəsi irsiyyətə meyilli və ya qeyri-irsiyyətə bağlı olan xəstəlik yoxdursa Ona görə də cavanın qanı yaşlıya vuruldu, o çox yaşadı anlayışı bəlkə deyilən hardasa doğrudan da mif formasında fırlanır, ama əslində elə bir şey yoxdur.
Həkim qeyd edib ki, hər kəsin özünün sümük iliyi var, qan yaradır:
“Həmin qan yaranmanın özünün fəaliyyətinin aktiv və ya passiv olması ola bilər. O da müxtəlif amillərin təsiri altında, xroniki infeksiyaların təsirindən, müxtəlif-müxtəlif faktorların təsiri altında bu yəni dəyişə bilər. Yəni fəaliyyət zəifləyə bilər, arta bilər. Ama orada kiminsə qanını vurmaqla ki, onun həyat fəaliyyəti artsın, bu əlbəttə mühaldır”.
22:03 / 13 Noyabr 2026
21
21:43 / 13 Noyabr 2026
392
21:36 / 13 Noyabr 2026
63
21:29 / 13 Noyabr 2026
90
21:24 / 13 Noyabr 2026
64
21:03 / 13 Noyabr 2026
81
20:58 / 13 Noyabr 2026
84
20:50 / 13 Noyabr 2026
940
20:41 / 13 Noyabr 2026
116
20:37 / 13 Noyabr 2026
90
20:35 / 13 Noyabr 2026
76
20:20 / 13 Noyabr 2026
97
20:09 / 13 Noyabr 2026
308
20:06 / 13 Noyabr 2026
89
20:05 / 13 Noyabr 2026
93
19:58 / 13 Noyabr 2026
311
19:53 / 13 Noyabr 2026
215
19:41 / 13 Noyabr 2026
122
19:38 / 13 Noyabr 2026
740
19:35 / 13 Noyabr 2026
109
19:30 / 13 Noyabr 2026
369
19:28 / 13 Noyabr 2026
196
19:23 / 13 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.