Bu halda ƏDV-nin 30 faizini geri ala bilərsiniz – AÇIQLAMA
03 Noyabr 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1238
15.08.2026, 11:58
Azərbaycanda avtomobil yanacağına xərclənən vəsaitin həcmi açıqlanıb. 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində benzin və dizel satışından 2,3 milyard manatdan çox gəlir əldə edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.
Yanacağa xərclərin artması gələcəkdə benzin və dizelin qiymətinə təsir göstərə bilərmi?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan neft və qaz məsələləri üzrə ekspert İlham Şaban ilin əvvəlindən yanacağın qiymətində cüzi artımın müşahidə olunduğunu deyib.
“Digər tərəfdən, avtomobillərin sayı hər ay artır. Ölkəyə yeni nəqliyyat vasitələri idxal edilir və onların işləməsi üçün də yanacaq lazımdır. Beləliklə, ölkə üzrə yanacağa çəkilən xərclər də artır. Bütün bu göstəricilər normal qaydada Dövlət Statistika Komitəsi tərəfindən qeydə alınır”.
İqtisadçı Eyyub Kərimli isə məsələyə belə münasibət bildirib:
“Hər bir məhsulun qiymətinə onun maya dəyərinə təsir edən amillər var. Azərbaycanda dizel və Aİ-92 markalı benzin istehsal olunur. Benzinin istehsalında istifadə olunan texnologiyalar da nəzərə alınmalıdır. Bəzi premium yanacaq məhsulları isə xarici dövlətlərdən idxal edilir. Bu məhsulların qiyməti də idxal prosesi ilə bağlıdır”.
Ekspert qeyd edib ki, müharibə səbəbindən Rusiyanın neft emalı zavodlarına ciddi ziyan dəyib:
“Bütün bunlar ölkəyə idxal olunan benzinin qiymətinə də təsir göstərə bilər. Hazırda neft məhsullarının qiymət artımına təsir edə biləcək amillər sabitdir. Qiymət artımı hələlik real görünmür. Lakin tələbat artarsa, bu, xaricdən idxalı şərtləndirə bilər və nəticədə qiymət artımına səbəb ola bilər”.
21:27 / 03 Noyabr 2026
8
21:24 / 03 Noyabr 2026
13
21:18 / 03 Noyabr 2026
31
21:10 / 03 Noyabr 2026
95
21:08 / 03 Noyabr 2026
56
21:04 / 03 Noyabr 2026
54
21:02 / 03 Noyabr 2026
46
20:51 / 03 Noyabr 2026
84
20:49 / 03 Noyabr 2026
55
20:42 / 03 Noyabr 2026
56
20:39 / 03 Noyabr 2026
49
20:31 / 03 Noyabr 2026
79
20:28 / 03 Noyabr 2026
3211
20:27 / 03 Noyabr 2026
146
20:20 / 03 Noyabr 2026
137
20:19 / 03 Noyabr 2026
89
20:09 / 03 Noyabr 2026
78
20:00 / 03 Noyabr 2026
88
19:49 / 03 Noyabr 2026
577
19:39 / 03 Noyabr 2026
104
19:39 / 03 Noyabr 2026
104
19:32 / 03 Noyabr 2026
659
19:29 / 03 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.