Abituriyentlərə şad xəbər
04 Noyabr 2026, 20:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
752
15.08.2026, 09:28
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.
Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Hazırda “28 May” stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır. Bu isə xüsusilə pik saatlarda normadan artıq yüklənməyə və sərnişinlərin qatarlara minib-düşməsində ciddi çətinliklərə səbəb olur.
Layihə tamamlandıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.
Metroda hərəkətin dayandırılması ilə əlaqədar sərnişin daşımalarında yarana biləcək əlavə yükün qarşılanması məqsədilə AYNA tərəfindən də dəstəkləyici tədbirlər görülüb.
Belə ki, AYNA tərəfindən bir gün əvvəl, avqustun 14-də 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayıb.
M1 marşrutu “Elmlər Akademiyası” və “28 May” metrostansiyalarını, M2 “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyalarını, M3 “20 Yanvar”, “Nizami” və “28 May” stansiyalarını, M4 “20 Yanvar” və “Koroğlu” stansiyalarını, M5 “20 Yanvar” və “Gənclik” stansiyalarını, M6 isə “Elmlər Akademiyası” və “Gənclik” stansiyalarını birləşdirir.
Eyni zamanda, 20 müntəzəm marşrutda, yəni 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayının artırılması həyata keçirilib.
Bundan başqa, bu gündən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil olunub. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.
20:51 / 04 Noyabr 2026
12
20:47 / 04 Noyabr 2026
28
20:44 / 04 Noyabr 2026
71
20:41 / 04 Noyabr 2026
37
20:33 / 04 Noyabr 2026
125
20:28 / 04 Noyabr 2026
76
20:26 / 04 Noyabr 2026
84
20:21 / 04 Noyabr 2026
60
20:13 / 04 Noyabr 2026
73
20:08 / 04 Noyabr 2026
151
19:57 / 04 Noyabr 2026
103
19:55 / 04 Noyabr 2026
92
19:55 / 04 Noyabr 2026
161
19:25 / 04 Noyabr 2026
91
19:18 / 04 Noyabr 2026
4170
19:17 / 04 Noyabr 2026
71
19:00 / 04 Noyabr 2026
87
18:41 / 04 Noyabr 2026
1364
18:41 / 04 Noyabr 2026
141
18:37 / 04 Noyabr 2026
198
18:35 / 04 Noyabr 2026
173
18:35 / 04 Noyabr 2026
3589
18:27 / 04 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.