Bir sıra ərazilər qazsız qalacaq
31 Oktyabr 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
283
10.08.2026, 13:10
Qidalanma və sağlam həyat tərzində yağların doğru seçilməsi hər zaman cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Bəzi hallarda zeytun yağının qiymətinin yüksək olması əhalinin alternativ və daha əlçatan yağ növlərinə üz tutmasına səbəb olur. Bir çox insan heyvanların iç piyindən, quyruq və qaz yağlarından istifadə etməyin sağlamlığa faydalı və ya zərərli olması barədə tərəddüd edir. Mütəxəssislər pişirmə prosesində istifadə olunan yağların insan orqanizminə təsirini xüsusi olaraq vurğulayırlar. Bitki yağları ilə heyvan mənşəli doyğun yağlar arasındakı fərqləri bilmək gələcək səhhət problemlərinin qarşısını almaq üçün vacibdir. Oxu24.com məsələyə aydınlıq gətirmək üçün mövzu ilə bağlı mütəxəssis rəyini öyrənib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-mütəxəssis Fizuli Hüseynov bildirib ki, insan orqanizminin heyvan mənşəli yağlara ehtiyacı daha böyükdür:
"İnsanın zeytun yağından daha çox malın iç piyi, qaz yağı və quyruq yağı kimi heyvan mənşəli yağlara ehtiyacı var. Zeytun, günəbaxan və qarğıdalı yağları doymamış yağlardır, kərə yağı və iç piyi isə doymuş yağlar hesab olunur. İnsan bədəninə daha yaxın olan və pişirilən yeməklərdə istifadə edilməsi vacib sayılan yağlar kərə yağı, quyruq və iç piyi yağlarıdır”.
Onun sözlərinə görə, bitki yağlarını bişirmək üçün deyil, rafinə olunmamış formada salatlara əlavə edərək istifadə etmək daha doğrudur:
“Bütün bişirilən yeməklər kərə, quyruq və ya iç piyi yağında hazırlanmalıdır. Lakin nəzərə almaq lazımdır ki, istifadə miqdarı insanın həyat tərzindən asılıdır; az hərəkət edən şəxslər yağlı yeməklərdən az istifadə etməlidirlər ki, xolesterin səviyyəsi yüksəlməsin. Az miqdarda olmaq şərtilə, təbii heyvan piyi və yağları ilə bişirilən yeməklər orqanizm üçün çox faydalıdır”.
00:59 / 31 Oktyabr 2026
1
00:50 / 31 Oktyabr 2026
52
00:24 / 31 Oktyabr 2026
79
00:18 / 31 Oktyabr 2026
105
00:07 / 31 Oktyabr 2026
77
00:03 / 31 Oktyabr 2026
261
00:02 / 31 Oktyabr 2026
92
23:56 / 30 Oktyabr 2026
85
23:46 / 30 Oktyabr 2026
77
23:44 / 30 Oktyabr 2026
101
23:32 / 30 Oktyabr 2026
165
23:31 / 30 Oktyabr 2026
84
23:28 / 30 Oktyabr 2026
81
23:23 / 30 Oktyabr 2026
90
23:19 / 30 Oktyabr 2026
97
23:19 / 30 Oktyabr 2026
71
23:08 / 30 Oktyabr 2026
207
23:01 / 30 Oktyabr 2026
99
23:01 / 30 Oktyabr 2026
553
22:55 / 30 Oktyabr 2026
903
22:49 / 30 Oktyabr 2026
160
22:42 / 30 Oktyabr 2026
81
22:35 / 30 Oktyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.