Axtarışda olan 129 nəfər saxlanılıb
31 Oktyabr 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
269
10.08.2026, 11:59
Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatı məlum olub.
"Unikal" APA-ya istinadən xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Qızın nənəsi Gülnaz Məmmədovanın sözlərinə görə, hadisə nəvələri suda çiməndə baş verib:
"Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdilər, tapa bilmədilər. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girmişdi".
Nənəsi onu da bildirib ki, nəvəsi idmançı idi, bir neçə yarışın qalibi olub.
O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.
Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.
***
09:27
Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
10:25 / 31 Oktyabr 2026
55
10:24 / 31 Oktyabr 2026
50
09:22 / 31 Oktyabr 2026
78
04:25 / 31 Oktyabr 2026
317
00:59 / 31 Oktyabr 2026
133
00:50 / 31 Oktyabr 2026
608
00:24 / 31 Oktyabr 2026
146
00:18 / 31 Oktyabr 2026
300
00:07 / 31 Oktyabr 2026
143
00:03 / 31 Oktyabr 2026
816
00:02 / 31 Oktyabr 2026
187
23:56 / 30 Oktyabr 2026
119
23:46 / 30 Oktyabr 2026
108
23:44 / 30 Oktyabr 2026
161
23:32 / 30 Oktyabr 2026
285
23:31 / 30 Oktyabr 2026
110
23:28 / 30 Oktyabr 2026
114
23:23 / 30 Oktyabr 2026
125
23:19 / 30 Oktyabr 2026
135
23:19 / 30 Oktyabr 2026
92
23:08 / 30 Oktyabr 2026
354
23:01 / 30 Oktyabr 2026
131
23:01 / 30 Oktyabr 2026
825
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.