ƏHALİNİN NƏZƏRİNƏ: Bu tarixdən havalar sərinləşir
27 İyul 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
27.07.2026, 12:15
Müasir əmək bazarında bir çox işçilər xidməti vəzifələrini yerinə yetirərkən şəxsi avtomobil, telefon, internet və digər avadanlıqlarından geniş istifadə edirlər. Xüsusilə məsafədən iş rejiminin tətbiqi ilə ev şəraitində istifadə olunan elektrik enerjisi və kompyuter texnikası kimi resursların xərclərinin kimin tərəfindən qarşılanacağı məsələsi aktual xarakter alır. Çünki bu kimi hallarda şəxsi resursların iş üçün sərf edilməsi işçilərin büdcəsinə əlavə maliyyə yükü yaradır. Mövcud qanunvericilik çərçivəsində işəgötürənin bu xərcləri qarşılamaq öhdəliyi və tənzimləmə mexanizmləri müxtəlif sektorlar üzrə fərqlənir. Bəs Azərbaycan əmək qanunvericiliyi bu məsələni necə tənzimləyir və işçilər öz hüquqlarını necə qoruya bilərlər?
Məsələni Oxu24.com-a şərh edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, şəxs öz şəxsi vasitələrindən iş məqsədilə istifadə edirsə, qarşılıqlı razılaşma əsasında kompensasiya ala bilər:
“Əgər şəxs öz şəxsi vasitələrindən — avtomobilindən, evindən, ofisindən və ya digər resurslarından əmək funksiyasını yerinə yetirmək üçün istifadə edirsə, işəgötürənlə qarşılıqlı razılaşma əsasında bunun müqabilində pul əvəzi (kompensasiya) ala bilər. Əmək Məcəlləsinə məsafədən iş anlayışı gətirilib. Şəxs iş yerinə getmədən əmək funksiyalarını evindən yerinə yetirəndə mənzilini iş yeri kimi istifadə edir, elektrik enerjisi, kompyuter və internet sərfiyyatı edir. İşəgötürən bu amilləri nəzərə alaraq, qarşılıqlı razılaşma əsasında həmin ödənişləri etməlidir”.
Ekspertin sözlərinə görə, bu mexanizmin tətbiqi özəl və dövlət sektorunda fərqli qaydada cərəyan edir:
"Dövlət orqanlarında və büdcə təşkilatlarında bunu həyata keçirmək bir qədər çətindir. Çünki bununla bağlı ayrıca hüquqi qərar yoxdur və büdcə təşkilatlarında şəxsin öz avtomobilindən, mənzilindən və ya əşyasından əmək aləti kimi istifadə etməsinə görə ödəniş qaydaları qanunvericiliklə tənzimlənməyib.
Kommersiya qurumları isə bunu sərbəst şəkildə edə bilərlər. Onlar tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən qiymət və tariflər təyin edərək ödəniş həyata keçirə bilərlər. Buna hüquqi baxımdan heç bir maneə yoxdur”.
Sahib Məmmədov vurğulayıb ki, bu sahədə vahid tənzimləmə mexanizminin yaradılması zəruridir:
"Nazirlər Kabineti tərəfindən ayrıca qərar qəbul edilərsə, daha məqsədəuyğun olar. Həmin qərarda əmək alətlərindən və şəxsi resurslardan istifadə qaydaları, tariflər, həmçinin bu məqsədlə ödənilən vəsaitin vergitutma obyekti olub-olmaması və xərclərə daxil edilməsi məsələləri dəqiq tənzimlənə bilər. Hal-hazırda Vergi Məcəlləsində və əlaqədar normativ aktlarda bu xərclərin tənzimlənməsi ilə bağlı boşluqlar mövcuddur”.
Çimnaz Telmanqızı
13:59 / 27 İyul 2026
12
13:55 / 27 İyul 2026
17
13:50 / 27 İyul 2026
29
13:47 / 27 İyul 2026
28
13:40 / 27 İyul 2026
48
13:30 / 27 İyul 2026
48
13:15 / 27 İyul 2026
54
12:59 / 27 İyul 2026
56
12:45 / 27 İyul 2026
56
12:45 / 27 İyul 2026
62
12:38 / 27 İyul 2026
68
12:30 / 27 İyul 2026
55
12:29 / 27 İyul 2026
64
12:25 / 27 İyul 2026
62
12:21 / 27 İyul 2026
60
11:55 / 27 İyul 2026
73
11:52 / 27 İyul 2026
69
11:35 / 27 İyul 2026
60
11:35 / 27 İyul 2026
84
11:14 / 27 İyul 2026
80
11:10 / 27 İyul 2026
67
11:06 / 27 İyul 2026
61
10:52 / 27 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.