Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
12 Oktyabr 2026, 08:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
23.07.2026, 09:21
Son vaxtlar onlayn alış-veriş platformalarının, xüsusilə də “Temu” kimi beynəlxalq e-ticarət saytlarının Azərbaycandakı ənənəvi ticarət mərkəzlərinə təsiri ilə bağlı müzakirələr güclənib. Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində alverin kəskin zəiflədiyi, bunun əsas səbəblərindən birinin isə “Temu” vasitəsilə edilən sifarişlər olduğu iddia edilir.
Onlayn ticarət “Sədərək” və “Binə” kimi iri bazarların gələcəyini təhlükə altına alır? “Sədərək” və “Binə” bağlana bilər?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, onlayn ticarət platformaları bu gün ənənəvi mağazalar üçün ciddi rəqabət yaradır:
“Bu rəqabətin bir hissəsi bazar prinsiplərinə əsaslansa da, müəyyən üstünlüklər mövcud vergi və gömrük qaydalarından irəli gəlir. Nəticədə “Sədərək” və “Binə” də daxil olmaqla digər fiziki mağazalar müştəri itirir, bəzi hallarda fəaliyyətini dayandırır və iş yerləri azalır. Dünyada elektron ticarətin həcmi sürətlə artır. Bu platformalar daha geniş məhsul çeşidi təqdim edir, istifadəçi üçün rahat alış-veriş imkanları yaradır və innovativ satış modelləri tətbiq edirlər. Lakin ənənəvi mağazalar məhsulları ölkəyə idxal edərkən və ya daxildə istehsal edərkən gömrük rüsumları, vergilər və digər ödənişlər edirlər. Buna baxmayaraq, bəzi fərdi sifarişlər mövcud güzəştlərdən istifadə edərək bu ödənişlərdən yayınır. Hesab edirəm ki, bu baxımdan oyun qaydaları bütün bazar iştirakçıları üçün eyni olmalıdır”.
İqtisadçı bildirib ki, ənənəvi mağazalar vergi və rüsum ödəyirsə, elektron ticarət vasitəsilə gətirilən məhsullar da müəyyən qaydada bu ödənişlərə cəlb edilməlidir:
“Söhbət yüksək rüsumlardan deyil, hamı üçün bərabər və ədalətli yanaşmanın tətbiqindən gedir. Bəziləri bunun istehlakçıların xərclərini artıracağını iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, elektron ticarətin həcmi artıq kifayət qədər böyüyüb. Vergi və gömrük bazası genişləndirildiyi halda, rüsum dərəcələrini aşağı salmaq mümkündür. Məsələn, idxalın əhəmiyyətli hissəsi elektron platformalar üzərindən həyata keçirilirsə, daha geniş baza hesabına daha aşağı dərəcələrlə də dövlət büdcəsinə eyni həcmdə gəlir toplamaq olar. Belə yanaşma həm dövlət büdcəsinin gəlirlərini qoruyar, həm də ənənəvi mağazaların rəqabət imkanlarını artırar. Bu isə qiymətlərin daha balanslı formalaşmasına, iş yerlərinin qorunmasına və daxili ticarətin inkişafına müsbət təsir göstərə bilər.
Əks halda, mövcud vəziyyət davam edərsə, çoxsaylı mağazaların, o cümlədən “Sədərək” ilə “Binə”nin fəaliyyətini dayandırması və minlərlə insanın iş yerini itirməsi riski artacaq. Buna görə də gömrük və vergi siyasəti daha balanslı qurulmalı, bazarın bütün iştirakçıları üçün bərabər rəqabət şəraiti yaradılmalıdır. Zərurət yaranarsa, bu dəyişikliklər digər vergi yükünün azaldılması ilə kompensasiya oluna bilər ki, ümumi iqtisadi təsir həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün daha səmərəli olsun”.
01:20 / 12 Oktyabr 2026
898
01:15 / 12 Oktyabr 2026
154
00:50 / 12 Oktyabr 2026
161
00:40 / 12 Oktyabr 2026
2424
00:40 / 12 Oktyabr 2026
143
00:38 / 12 Oktyabr 2026
262
00:36 / 12 Oktyabr 2026
217
00:35 / 12 Oktyabr 2026
198
00:17 / 12 Oktyabr 2026
753
23:55 / 11 Oktyabr 2026
144
23:50 / 11 Oktyabr 2026
1317
23:43 / 11 Oktyabr 2026
93
23:37 / 11 Oktyabr 2026
93
23:30 / 11 Oktyabr 2026
3725
23:21 / 11 Oktyabr 2026
254
23:09 / 11 Oktyabr 2026
1331
23:02 / 11 Oktyabr 2026
146
22:49 / 11 Oktyabr 2026
927
22:46 / 11 Oktyabr 2026
152
22:28 / 11 Oktyabr 2026
2195
22:25 / 11 Oktyabr 2026
208
22:22 / 11 Oktyabr 2026
1076
22:19 / 11 Oktyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.