Azərbaycanın bu kəndlərinə QAR YAĞIR
09 Noyabr 2026, 17:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
555
22.07.2026, 19:53
Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı bir çox peşə sahələrində köklü dəyişikliklərə və rəqəmsal gələcəklə bağlı ciddi müzakirələrə səbəb olub. Avtomatlaşdırma proseslərinin əmək bazarına sürətlə inteqrasiyası xüsusilə yaradıcı və mühəndislik yönümlü sahələrin gələcək taleyini sual altına qoyur.
Bu kontekstdə ən çox diqqət çəkən peşələrdən biri də dəqiqlik, estetik baxış və insan psixologiyasını özündə birləşdirən memarlıq sahəsidir. Müasir rəqəmsal alətlərin plan həlləri hazırlamaq, 3D vizuallaşdırma yaratmaq və konstruktiv analizlər aparmaq bacarığı "Süni intellekt insanı əvəz edə bilərmi?" sualını yenidən gündəmə gətirir. Dünyada olduğu kimi, Azərbaycanda da mütəxəssislərin bu rəqəmsal reallığa necə hazırlaşmalı olduğu xüsusi aktuallıq kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən novator-inşaat məsələləri üzrə ekspert və memar Muxtar Ərturan sahədəki son trendləri və gələcək gözləntiləri dəyərləndirib.
"Süni intellekt memarlığın sonu deyil, yeni mərhələsidir"
Mütəxəssis bildirib ki, süni intellekt memarlıq sahəsində inqilabi dəyişiklik yaratsa da, bu, peşənin aradan qalxması anlamına gəlmir:
"Bu gün artıq süni intellekt plan həlləri hazırlaya, fasad variantları təklif edə, 3D vizuallaşdırma yarada, konstruktiv analizlər apara, enerji səmərəliliyini hesablaya və layihələndirmə prosesini xeyli sürətləndirə bilir. Bu baxımdan AI memarın işini asanlaşdıran çox güclü alətə çevrilib. Lakin memarlıq yalnız plan çəkməkdən ibarət deyil”.
Ekspertin sözlərinə görə, memarlıq insan davranışını, şəhərsalmanı, mədəniyyəti, iqlimi, psixologiyanı və estetik düşüncəni birləşdirən yaradıcı peşədir. Süni intellekt məlumatları analiz edə bilər, amma insanın həyat tərzini, məkan hissini və mədəni dəyərləri memar qədər dərk edə bilmir.
Gələcəyin memarı necə olmalıdır?
Muxtar Ərturanın qeyd edib ki, gələcəyin memarı təkcə layihə çəkən mütəxəssis deyil, texnologiyanı idarə edən strateq olacaq:
”Memar süni intellektə düzgün tapşırıq verən, nəticələri qiymətləndirən və son qərarı qəbul edən əsas fiqur kimi qalacaq.
BIM texnologiyaları, parametrik dizayn, rəqəmsal layihələndirmə və məlumat əsaslı şəhərsalma artıq gələcəyin deyil, bu günün tələbləridir”.
M.Ərturan həmçinin vurğulayıb ki, yaxın illərdə bazarda rəqabət memarla süni intellekt arasında deyil, süni intellektdən istifadə edən memarla istifadə etməyən memar arasında gedəcək.
"Şəhərin ruhunu hələ də memar formalaşdırır"
Memar əlavə edib ki, Azərbaycanda da memarlar bu dəyişikliklərə indidən hazırlaşmalı, süni intellekti təhlükə kimi yox, peşəkar köməkçi kimi qəbul etməlidirlər:
"Yekun olaraq bildirmək istəyirəm ki, memarlığın gələcəyi insan və süni intellekt əməkdaşlığı üzərində qurulacaq. Texnologiya hesablamaları sürətləndirəcək, amma yaradıcılıq, etik qərarlar, şəhər kimliyi və insan yönümlü məkanların formalaşdırılması yenə də memarın əsas missiyası olaraq qalacaq. Süni intellekt layihə hazırlaya bilər, amma şəhərin ruhunu hələ də memar formalaşdırır”.
Çimnaz Telmanqızı
17:22 / 09 Noyabr 2026
1
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.