Rayonlarda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
10 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
214
20.07.2026, 21:19
Azərbaycan mediası özünün növbəti inkişaf mərhələsini yaşayır. Bu gün "Crossmedia.az" Analitik İnformasiya Portalının təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan "Crossmedia.az" portalının baş redaktoru Mübariz Göyüşlü, media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək, cəmiyyətin formalaşmasında medianın roluna toxunub. O, bir araya gələn dostların, həmkarların bu görüşünün fikir mübadiləsi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları, jurnalistlər, media nümayəndələri, gənclər, o cümlədən dövlət qurumlarının təmsilçiləri (MEDİA Agentliyi, QHT Agentliyi, Diaspor Komitəsi, XİN) mətbuatın qarşısında duran yeni dövrün çağırışları, süni intellektin mediaya təsiri, informasiya təhlükəsizliyi və rəqəmsallaşma mövzularına dair geniş təhlillər təqdim ediblər.
Vüqar Rəhimzadə: "Texnoloji dəyişikliklərə adekvat olmalıyıq"
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında mətbuatın ictimai rəyin formalaşmasındakı rolunu xatırladaraq, medianın zamanın çağırışlarına uyğunlaşmasının vacibliyini bildirib. Onun sözlərinə görə, Şuşada keçirilən 4-cü Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər medianın qarşısında duran hədəflərin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Azərbaycanda media haqqında qanunvericilik bazasının çox mütərəqqi olduğunu qeyd edən deputat, dövlətin media qurumlarına göstərdiyi maddi və mənəvi dəstəyin yüksək səviyyədə olduğunu vurğulayıb:
“Redaksiyalar və media quruluşları dövlət dəstəyindən səmərəli istifadə edərək, gələcək hədəflərə çatmaq üçün vahid proqramlar və sistemli yanaşma formalaşdırmalıdırlar”.
Texnologiyaların, xüsusən də süni intellektin tüğyan etdiyi bir dövrdə yaşayırıq. 5 il sonra mətbuatın bu günkindən daha fərqli bir inkişaf mərhələsində olacağını qeyd edən V.Rəhimzadə, hər bir jurnalistin üzərinə böyük məsuliyyət düşdüyünü xatırladıb.
Rizvan Nəbiyev: "İnformasiya artıq yumşaq güc alətidir"
Digər tədbir iştirakçısı Milli Məclisin deputatı Rizvan Nəbiyev media diplomatiyası və rəqəmsallaşma sahəsindəki təcrübələrini bölüşüb:
“15-ci əsrdə Yohannes Qutenberqin çap dəzgahını kəşf etməsi mətbuat tarixində necə inqilab yaratmışdısa, bugünkü rəqəmsallaşma da ikinci bir inqilabdır. 5 milyarddan çox sosial şəbəkə istifadəçisinin olduğu bir dünyada informasiya müharibəsi və hibrid hücumlarla mübarizə medianın əsas vəzifəsinə çevrilib”.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində informasiya diplomatiyası və media, dövlətin nüfuzunun artırılması üçün güclü bir vasitədir. Şuşa Qlobal Media Forumu bunun ən bariz nümunəsidir:
“Hər kəs informasiya yaradıcısı ola bilər, lakin professional jurnalistikanın dəyəri informasiyanın yoxlanılmasında, analitik yanaşmada və həqiqətin üzə çıxarılmasındadır”.
Əliməmməd Nuriyev: "Etibarın qorunması media üçün ən vacib şərtdir"
Tədbirdə çıxış edən digər iştirakçılardan biri Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışını informasiya bolluğunda etibar məsələsinə həsr edib:
”Məlumatların çox sürətlə hazırlandığı və sosial şəbəkələrin dominantlıq etdiyi bir dövrdə qarşılaşdığımız ən böyük çətinlik dezinformasiyadır. Bu, milli təhlükəsizlik problemidir. Dezinformasiya ilə mübarizə aparmaq üçün media savadlılığını artırmaq, informasiya mənbələrini düzgün təhlil etməyi öyrənmək vacibdir”.
Ə.Nuriyev yeni bir təklif irəli sürərək, "Media Etibar İndeksi"nin yaradılmasını təklif edib. Bu platformada media qurumlarının fəaliyyəti, obyektivliyi və təkzib sayı kimi göstəricilər əsasında keyfiyyət qiymətləndirilməsi aparılmalıdır. Prosesə təkcə dövlət qurumları deyil, müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti də cəlb olunmalıdır.
O vurğulayıb ki, daha çox kliklənməyə hesablanmış iqtisadi modeldən daha çox, etibarlı və doğru informasiyaya əsaslanan jurnalistikaya ehtiyac var.
Tədbir mətbuatın keçmişindən gələcəyinə uzanan bu müzakirələrlə yekunlaşıb.
Çimnaz Telmanqızı
17:59 / 10 Avqust 2026
1
17:40 / 10 Avqust 2026
43
17:15 / 10 Avqust 2026
52
16:59 / 10 Avqust 2026
52
16:45 / 10 Avqust 2026
57
16:33 / 10 Avqust 2026
71
16:30 / 10 Avqust 2026
80
16:08 / 10 Avqust 2026
75
15:54 / 10 Avqust 2026
76
15:37 / 10 Avqust 2026
75
15:33 / 10 Avqust 2026
73
15:25 / 10 Avqust 2026
86
15:21 / 10 Avqust 2026
86
15:16 / 10 Avqust 2026
84
15:14 / 10 Avqust 2026
83
14:50 / 10 Avqust 2026
105
14:40 / 10 Avqust 2026
87
14:26 / 10 Avqust 2026
92
14:24 / 10 Avqust 2026
100
14:22 / 10 Avqust 2026
87
13:58 / 10 Avqust 2026
108
13:56 / 10 Avqust 2026
89
13:29 / 10 Avqust 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.