Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
10 Noyabr 2026, 04:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
538
13.07.2026, 20:19
Baş nazir Əli Əsədov iyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sonders ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanın gömrük sistemində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub, bu baxımdan beynəlxalq standartların tətbiqi istiqamətində ÜGT ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının modernləşdirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının təmin olunması ilə bağlı həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin regional və beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində gömrük əməkdaşlığının genişləndirilməsi, xüsusilə də Orta Dəhlizin inkişafı və tranzit potensialının gücləndirilməsi məsələlərinə toxunulub.
Görüş zamanı Azərbaycan ilə ÜGT arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov görüşdə iştirak edib.
02:34 / 10 Noyabr 2026
104
02:02 / 10 Noyabr 2026
105
01:30 / 10 Noyabr 2026
179
01:19 / 10 Noyabr 2026
319
01:00 / 10 Noyabr 2026
143
00:25 / 10 Noyabr 2026
626
00:20 / 10 Noyabr 2026
125
00:14 / 10 Noyabr 2026
306
00:08 / 10 Noyabr 2026
119
23:52 / 09 Noyabr 2026
204
23:52 / 09 Noyabr 2026
1785
23:48 / 09 Noyabr 2026
127
23:42 / 09 Noyabr 2026
316
23:37 / 09 Noyabr 2026
348
23:32 / 09 Noyabr 2026
156
23:28 / 09 Noyabr 2026
165
23:23 / 09 Noyabr 2026
130
23:17 / 09 Noyabr 2026
210
23:12 / 09 Noyabr 2026
158
23:09 / 09 Noyabr 2026
133
23:01 / 09 Noyabr 2026
133
22:55 / 09 Noyabr 2026
144
22:48 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.