Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
10 Noyabr 2026, 04:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1416
11.07.2026, 11:30
Tiktoker İlduzə Hacıyeva (“Arzum999”) barəsində çıxarılan həbs hökmü günlərdir müzakirə olunur. Onun günahsız olduğunu deyənlərlə yanaşı, məhkəmə hökmünü ədalətli sayanlar da var. Artıq bu mövzuda yalnız sosial şəbəkə fenomenləri danışmır, deputatlar, jurnalistlər, hüquq müdafiəçiləri də fikir bildirir.
Əsas diqqət “Arzum”un qəzadan sonra hadisə yerindən qaçmamasına, yol hərəkəti qaydasını kobud şəkildə pozmamasına yönəldilir.
İlfuzə Hacıyeva ilə bağlı ən son məlumat onun azadlığı üçün imza toplanmasıdır. Bildirilir ki, müxtəlif sosial şəbəkə qruplarında yayılan paylaşımlarda vətəndaşlara petisiyanı imzalamaq çağırışı edilir. Paylaşım müəllifləri “Arzum”un haqsız yerə həbs olunduğunu iddia edərək kampaniyaya dəstək istəyiblər.
Oxu24.com Globalinfo.az-a istinadla xatırladır ki, Azərbaycanda imza toplamaq ənənəsi uzun müddət davam edib.
1990-cı və 2000-ci illərin əvvəllərində həbs olunan müxalifətçilərin, jurnalistlərin müdafiəsi üçün imza toplamaq kampaniyaları aparılıb. Daha çox siyasi xarakterli olan bu kampaniyalar vasitəsilə kimlərinsə həbsdən dərhal buraxılması ilə bağlı fakt yoxdur. Bu, daha çox mövzunu gündəmdə saxlamaq və həbs olunan şəxsin ictimai müdafiəsini təşkil etmək üçün atılan addım idi.
Ən kütləvi imzatoplama hadisəsi isə AMİP lideri Etibar Məmmədovla bağlı olub. O, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Moskvada həbs edilmişdi. E.Məmmədov SSRİ paytaxtında məşhur Lefortovo həbsxanasında saxlanılırdı. Onun azadlığa çıxması üçün Azərbaycanda 2 milyon imza toplanaraq Moskvaya göndərildi. Etibar Məmmədovun həbsdən çıxmasında bu imzatoplama kampaniyasının müəyyən qədər rolu oldu.
“Arzum” Etibar Məmmədov qədər şanslı ola biləcək? Onun müdafiəsi üçün başladılmış petisiya uğurlu yekunlaşacaq? Ən əsası, bu kampaniya məhkəmə hökmünə təsir göstərəcək? Bu sualların cavabının yaxın günlərdə bilinməsi gözlənilir.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.