Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
664
10.07.2026, 23:38
Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan “WhatsApp” istifadəçilərin yaxınlarının ad günlərini unutmamasına kömək edəcək yeni funksiya üzərində işləyir.
Oxu24.com xəbər verir ki, “Android”-in beta versiyasında aşkarlanan yeniliyə əsasən, “WhatsApp” istifadəçilərə kontaktlarında olan şəxslərin qarşıdan gələn ad günləri ilə bağlı birbaşa tətbiq daxilində bildiriş göndərəcək. Beləliklə, istifadəçilərin əlavə təqvim və ya xatırlatma tətbiqlərindən istifadə etməsinə ehtiyac qalmayacaq.
Yeni sistem çərçivəsində istifadəçilər istəyə bağlı olaraq doğum tarixlərini profillərinə əlavə edə biləcəklər. Bununla yanaşı ad günü məlumatlarının kimlər tərəfindən görünəcəyini məxfilik ayarları vasitəsilə tam şəkildə idarə etmək mümkün olacaq.
Platforma kontaktınızdakı şəxsin ad günü çatdıqda sizə xüsusi bildiriş göndərəcək və həmin şəxsi təbrik etməyi xatırladacaq.
Hazırda funksiya yalnız məhdud sayda “Android” beta istifadəçisi tərəfindən sınaqdan keçirilir. “WhatsApp”-ın bu yeniliyi bütün istifadəçilər üçün nə vaxt istifadəyə verəcəyi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, “WhatsApp” son aylarda istifadəçi adları, süni intellekt əsaslı imkanlar və təkmilləşdirilmiş axtarış funksiyaları kimi bir sıra yeni xüsusiyyətləri təqdim edərək platformanı daha da funksional etməyə davam edir.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.