Keçid balı aşağı, gələcəyi parlaq olan 5 İXTİSAS
30 İyul 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
364
10.07.2026, 11:52
Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihəsi Milli Məclisdə müzakirəyə təqdim olunan qanunla ölkəmizin qoşulması nəzərdə tutulan "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiya 13 fevral 2004-cü il tarixdə London şəhərində imzalanmış və balllast sularının idarə edilməsi sisteminin müəyyənləşdirilməsi ilə bağlı bir sıra texniki, habelə dövlətlərdə daxili ratifikasiya prosedurları ilə əlaqəli səbəblərdən 8 sentyabr 2017-ci ildə qüvvəyə minmişdir. Hazırda yüzədək ölkə Konvensiyanın tərəf dövlətləridir.
Oxu24.com xəbər verir ki, bu sözləri millət vəkili Zaur Şükürov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında çıxış edərkən bildirib.
sözügedən Beynəlxalq Konvensiya 13 fevral 2004-cü il tarixdə London şəhərində imzalanıb və ballast sularının idarə edilməsi sisteminin müəyyənləşdirilməsi ilə bağlı bir sıra texniki, habelə dövlətlərdə daxili ratifikasiya prosedurları ilə əlaqəli səbəblərdən 8 sentyabr 2017-ci ildə qüvvəyə minib. Hazırda yüzədək ölkə Konvensiyanın tərəf dövlətidir.
Deputat qeyd edib ki, "ballast suları" dedikdə gəminin oturmasını, mayəllənməsini, yanalmasını, stabilliyini və ya konstruktiv gərginliklərini tənzimləmək məqsədilə göyərtədə bu məqsədlə nəzərdə tutulmuş xüsusi çənlərdə daşınan və tərkibində asılı hissəciklər olan su nəzərdə tutulur.
Onun sözlərinə görə, ballast suları və çöküntülərin tərkibindəki zərərli su orqanizmləri və patogenlərin aradan qaldırılması, zərərsizləşdirilməsi və ya onların qəbulu və ya buraxılmasının qarşısının alınması prosesi fərdi və ya birgə şəkildə tətbiq olunan mexaniki, fiziki, kimyəvi və bioloji üsullar vasitəsilə həyata keçirilir.
Zaur Şükürov bildirib ki, ballast sularda mövcud olan müxtəlif su orqanizmləri və patogenlər bir dəniz mühitindən digərinə keçərək ekoloji tarazlığın pozulmasına, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatına və insan sağlamlığına mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, preambula, 22 maddə və ballast sularının idarə olunması üzrə texniki tələblər, beynəlxalq standartlar və sertifikatlaşdırma qaydaları, o cümlədən Ballast Suları Uçot Kitabına dair əlavələrdən ibarət olan Konvensiyanın əsas məqsədi məhz belə halların qarşısının alınması və dənizin ekoloji mühitinin qorunmasıdır.
Deputat vurğulayıb ki, Konvensiya ballast sularının idarə olunması sahəsində vahid beynəlxalq hüquqi çərçivə müəyyən edir. Konvensiyaya əsasən, sənədin tətbiq dairəsinə daxil olan gəmilər ballast sularının idarə olunması planına malik olmalı, ballast suları ilə bağlı aparılan bütün əməliyyatların uçotunu xüsusi kitabda qeyd etməli, beynəlxalq sertifikat almalı və müəyyən edilmiş qaydada mütəmadi yoxlamalardan keçməlidirlər. Ballast sularının idarə olunması beynəlxalq standartlara uyğun həyata keçirilməli, bu məqsədlə ballast sularının mübadiləsi və ya təsdiq edilmiş emal sistemlərindən istifadə edilməlidir.
O əlavə edib ki, insanların həyatının xilas edilməsi və ya gəminin təhlükəsizliyinin təmin olunması kimi hallarda ballast sularının axıdılmasına dair istisnalar da nəzərdə tutulur.
Deputatın sözlərinə görə, Konvensiyanın tətbiq sahəsi, öhdəliklər, gəmilərin ballast suları və çöküntülər vasitəsilə zərərli su orqanizmləri və patogenlərin ötürülməsinə nəzarət, çöküntü qəbul qurğuları, elmi-texniki tədqiqat və monitorinq, yoxlama və sertifikatlaşdırma, pozuntuların aşkarlanması və gəmilərə nəzarət, texniki yardım və regional əməkdaşlıq, məlumatların ötürülməsi, mübahisələrin həlli, ratifikasiya, qoşulma və denonsasiya ilə bağlı məsələlər Konvensiyanın müvafiq maddələrində əksini tapıb.
Zaur Şükürov sonda bildirib ki, Azərbaycanın bu Konvensiyaya qoşulması ballast sularının və çöküntülərinin idarə edilməsinin beynəlxalq standartlara uyğun təşkilinə, dəniz ekosisteminin mühafizəsinin gücləndirilməsinə və ölkənin beynəlxalq dəniz hüququndan irəli gələn öhdəliklərinin icrasına xidmət edəcək.
23:57 / 30 İyul 2026
48
23:56 / 30 İyul 2026
52
23:22 / 30 İyul 2026
73
22:58 / 30 İyul 2026
59
22:35 / 30 İyul 2026
58
22:27 / 30 İyul 2026
62
22:18 / 30 İyul 2026
65
21:05 / 30 İyul 2026
69
20:51 / 30 İyul 2026
77
20:21 / 30 İyul 2026
62
20:00 / 30 İyul 2026
69
19:30 / 30 İyul 2026
71
19:29 / 30 İyul 2026
85
19:18 / 30 İyul 2026
869
19:12 / 30 İyul 2026
327
19:12 / 30 İyul 2026
77
19:07 / 30 İyul 2026
72
18:57 / 30 İyul 2026
804
18:22 / 30 İyul 2026
69
18:01 / 30 İyul 2026
89
17:59 / 30 İyul 2026
78
17:58 / 30 İyul 2026
99
17:55 / 30 İyul 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.