Qazi aşpaz vəfat etdi - Foto
28 Sentyabr 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
485
09.07.2026, 20:51
Müasir dövrdə texnologiyanın sürətli inkişafı təhsil sisteminin də tamamilə yeni bir mərhələyə qədəm qoymasını və köklü şəkildə dəyişməsini şərtləndirir. Artıq dərslərin ənənəvi üsullarla, sadəcə klassik metodlara sadiq qalaraq keçirilməsi müasir dövrün uşaqlarının və gənc nəslin təhsil ehtiyaclarını tam qarşılamaq üçün kifayət etmir.
İnformasiya cəmiyyətinin tələbləri tədris prosesində tamamilə yeni yanaşmaların, rəqəmsal alətlərin və interaktiv platformaların tətbiq olunmasını qaçılmaz bir zərurətə çevirir. Məhz bu səbəbdən də müəllimlərin rəqəmsal savadlılığı, texnoloji trendləri mənimsəmə dərəcəsi və İKT bacarıqları bu gün müasir təhsilin ən aktual, ən çox müzakirə olunan mövzularından biri kimi gündəmdədir. Çünki dərsi rəqəmsal alətlərlə zənginləşdirməyi bacarmayan pedaqoqun şagirdlərin diqqətini mövzuya cəlb etməsi və dərsin səmərəliliyini yüksək səviyyədə saxlaması getdikcə çətinləşir.
Təhsil sahəsində uğurlu islahatların aparılması və dərslərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması birbaşa olaraq sinif otaqlarında fəaliyyət göstərən pedaqoji heyətin bu bacarıqlara nə dərəcədə sahib olmasından asılıdır. Lakin real mənzərəyə nəzər saldıqda, bütün müəllimlərin texnoloji yeniliklərə eyni dərəcədə və eyni sürətlə adaptasiya ola bilmədiyi, bu keçid prosesində müəyyən çətinliklərin yaşandığı aydın şəkildə görünür. Mövcud çatışmazlıqların aradan qaldırılması və müəllimlərin peşəkar inkişafının təmin edilməsi məqsədilə dövlət səviyyəsində və müvafiq qurumlar tərəfindən müxtəlif addımların atılması, sistemli islahatların reallaşdırılması tələb olunur. Bəs ölkəmizdə fəaliyyət göstərən müəllimlərin mövcud rəqəmsal savadlılıq səviyyəsi real təhsil tələblərinə və qlobal çağırışlara tam cavab verirmi?
Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Elçin Əfəndi müəllimlərin rəqəmsal bacarıqlarının hazırkı vəziyyəti və bu istiqamətdə atılmalı olan addımlardan danışıb. Ekspert qeyd edib ki, müəllimlərin rəqəmsal bacarıqları müasir təhsil üçün, təəssüf ki, hal-hazırda o qədər də kifayət deyil:
“Düzdür, yeni nəsil nümayəndələri, pedaqoji ixtisas sahibləri hardasa İKT istiqamətində bilik və bacarıqları özlərində formalaşdıra bilsələr də, orta nəsil və yaxud da köhnə nəsil hələ ki, bu istiqamətdə əziyyət çəkir”.
Ekspertin sözlərinə görə, onların rəqəmsal savadlılığının artırılması və rəqəmsal bacarıqlarının formalaşdırılması üçün müəyyən təlimlərin keçirilməsi vacib əhəmiyyət kəsb edir:
“Konkret yoxlama – hansısa bir test əsasında müəyyənləşdirilməlidir ki, hansı müəllimlərdə vacib elementlər üzrə bilik və bacarıq çatışmazlığı var. Sırf o istiqamətdə həmin şəxsləri müəyyən təlimlərin və yaxud da kurslara cəlb etməklə rəqəmsal savadlılıqlarını artırmaq olar”.
E.Əfəndi həmçinin, vurğulayıb ki, bu indiki dövr üçün olduqca vacib əhəmiyyət kəsb edir:
“Biz tədricən rəqəmsal məktəb, eyni zamanda rəqəmsal platformalar, süni zəka əsaslı tədris prosesinə doğru gedirik və pedaqoji heyətimizin İKT biliklərinin yüksək olması bizim üçün mütləqdir".
Çimnaz Telmanqızı
11:40 / 28 Sentyabr 2026
3
11:31 / 28 Sentyabr 2026
68
11:27 / 28 Sentyabr 2026
62
11:23 / 28 Sentyabr 2026
40
11:20 / 28 Sentyabr 2026
102
11:15 / 28 Sentyabr 2026
48
11:13 / 28 Sentyabr 2026
42
11:00 / 28 Sentyabr 2026
49
11:00 / 28 Sentyabr 2026
47
10:57 / 28 Sentyabr 2026
54
10:55 / 28 Sentyabr 2026
43
10:37 / 28 Sentyabr 2026
49
10:34 / 28 Sentyabr 2026
290
10:32 / 28 Sentyabr 2026
75
10:28 / 28 Sentyabr 2026
45
10:19 / 28 Sentyabr 2026
50
10:14 / 28 Sentyabr 2026
53
10:12 / 28 Sentyabr 2026
56
09:59 / 28 Sentyabr 2026
279
09:55 / 28 Sentyabr 2026
60
09:50 / 28 Sentyabr 2026
887
09:40 / 28 Sentyabr 2026
69
09:27 / 28 Sentyabr 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.