Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
807
09.07.2026, 18:17
Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil, bu, humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələdir.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edərkən deyib.
Spiker qeyd edib ki, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur:
"Bu isə dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir. Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaradır, onun effektivliyi milli səviyyədə tətbiqindən asılıdır".
Spiker Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit üçün yaratdığı dağıdıcı nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
"Otuz il davam etmiş işğal dövründə Azərbaycanın işğaldan zərər çəkmiş ərazilərinə genişmiqyaslı ekoloji ziyan vurulmuş, meşələr qırılmış, torpaqlar deqradasiyaya uğramış, su ehtiyatları çirkləndirilmiş, biomüxtəliflik məhv edilmiş və təbii sərvətlər qanunsuz istismar olunmuşdur".
Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə, ekosistemlərin bərpası, meşələrin salınması və yaşıl enerji layihələrini həyata keçirir.
Çıxışının sonunda Sahibə Qafarova bir daha beynəlxalq humanitar hüququn həyata keçirilməsini daha da gücləndirmək və gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı bir gələcəyi təmin etmək məqsədilə birgə səyləri davam etdirməyə çağırıb.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.