Əla qiymətə super avtomobil satışa çıxarıldı - FOTOLAR
27 Sentyabr 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
463
09.07.2026, 12:38
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində görülən işlər, həmçinin bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər iki qurumun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə tərəflər ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş dövlət siyasətinə, o cümlədən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Bildirilib ki, cari ilin iyun ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında da Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet vəzifələr geniş müzakirə olunub. Bu baxımdan, dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində institusional əməkdaşlığının gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə qeyd edilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin əməkdaşları üçün mütəmadi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən peşəkar kurslar və təlimlərin təşkil edilir. Həyata keçirilən bu tədbirlərin hərbi qulluqçuların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində peşəkarlığının artırılmasına, müasir kibertəhdidlərə qarşı bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
22:37 / 27 Sentyabr 2026
146
22:03 / 27 Sentyabr 2026
52
21:49 / 27 Sentyabr 2026
250
21:30 / 27 Sentyabr 2026
165
21:29 / 27 Sentyabr 2026
52
21:12 / 27 Sentyabr 2026
78
21:06 / 27 Sentyabr 2026
53
21:00 / 27 Sentyabr 2026
139
20:59 / 27 Sentyabr 2026
61
20:47 / 27 Sentyabr 2026
198
20:38 / 27 Sentyabr 2026
71
20:30 / 27 Sentyabr 2026
58
20:06 / 27 Sentyabr 2026
275
19:57 / 27 Sentyabr 2026
61
19:46 / 27 Sentyabr 2026
134
19:40 / 27 Sentyabr 2026
416
19:37 / 27 Sentyabr 2026
66
19:36 / 27 Sentyabr 2026
67
19:05 / 27 Sentyabr 2026
59
18:44 / 27 Sentyabr 2026
70
18:25 / 27 Sentyabr 2026
73
17:14 / 27 Sentyabr 2026
69
17:08 / 27 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.