Bakıda avtobus YANDI
06 İyul 2026, 13:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
80
06.07.2026, 11:38
Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ödəniş prosesinə start veriləcək.
Oxu24.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 6 iyul 2026-cı il saat 15:00-dan 9 iyul 2026-cı il saat 15:00-dək müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq.
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.
Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar:
- müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
- şəhid ailəsinin üzvləri;
- müharibə veteranı adı almış şəxslər;
- əlilliyi olan şəxslər;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunub.
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək namizədlər ödəniş prosesi ilə video təlimat vasitəsilə tanış ola bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 manat ödəniş etmək tələb olunur.
MİQ imtahanlarının vaxtının iyulun 10-dan sonra elan olunacağı gözlənilir.
13:31 / 06 İyul 2026
1
13:30 / 06 İyul 2026
4
13:23 / 06 İyul 2026
20
13:22 / 06 İyul 2026
23
13:15 / 06 İyul 2026
34
13:07 / 06 İyul 2026
41
13:03 / 06 İyul 2026
93
13:01 / 06 İyul 2026
48
12:28 / 06 İyul 2026
65
12:17 / 06 İyul 2026
60
12:10 / 06 İyul 2026
71
11:38 / 06 İyul 2026
182
11:38 / 06 İyul 2026
73
11:32 / 06 İyul 2026
81
11:22 / 06 İyul 2026
285
11:18 / 06 İyul 2026
76
10:54 / 06 İyul 2026
1022
10:46 / 06 İyul 2026
91
10:45 / 06 İyul 2026
101
10:34 / 06 İyul 2026
85
10:33 / 06 İyul 2026
76
10:22 / 06 İyul 2026
74
10:07 / 06 İyul 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.