27 SENTYABR – Əbədi Vüsalın ildönümüdür — ÖZƏL
27 Sentyabr 2026, 01:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
570
06.07.2026, 11:32
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi baxımından Cinayət-Prosessual Məcəllənin 420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 131-ci maddəsinin I hissəsinə, 132-ci maddəsinin I hissəsinə və hüquqi müəyyənlik prinsipinə əsasən Cinayət-Prosessual Məcəllənin 397 və 420-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınsın:
- apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı qismən ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına təyin edildikdə, apellyasiya instansiyası məhkəməsində yeni baxış yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş hissəyə münasibətdə həyata keçirilməlidir;
- apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Cinayət-Prosessual Məcəllənin 397 və 420-ci maddələrinin tələbləri ilə yanaşı, kassasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə alınmalıdır;
- Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifinə aid məsələlərlə məhdudlaşmır.
Hüquqi müəyyənlik, prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən irəli gələrək Cinayət-Prosessual Məcəllənin 410-cu maddəsində nəzərdə tutulan kassasiya şikayətinin və kassasiya protestinin verilmə müddətlərinin optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi Milli Məclisə tövsiyə olunsun.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
01:36 / 27 Sentyabr 2026
1
01:03 / 27 Sentyabr 2026
74
00:54 / 27 Sentyabr 2026
42
00:37 / 27 Sentyabr 2026
382
00:20 / 27 Sentyabr 2026
49
00:06 / 27 Sentyabr 2026
56
23:58 / 26 Sentyabr 2026
210
23:09 / 26 Sentyabr 2026
74
22:54 / 26 Sentyabr 2026
564
22:48 / 26 Sentyabr 2026
78
22:16 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
75
21:50 / 26 Sentyabr 2026
84
21:40 / 26 Sentyabr 2026
69
21:30 / 26 Sentyabr 2026
84
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
94
20:00 / 26 Sentyabr 2026
750
19:44 / 26 Sentyabr 2026
97
19:26 / 26 Sentyabr 2026
82
19:11 / 26 Sentyabr 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.