Qaynar xətt:

(+99450) 247 90 86

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 

CƏMİYYƏT

121

23.06.2026, 16:33

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.

Oxu24.com  xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, bu gün Avstriyanın paytaxtı Vyanaya səfər etməli imiş: “Səfər çərçivəsində Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirdə iştirak etməsi nəzərdə tutulurdu”.

Lakin hava limanında sərhəd nəzarəti zamanı ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

A.Hacılı ölkədən çıxışına qadağanın nə ilə bağlı olduğunu və bunun səbəbini də hələlik öyrənə bilmədiyini əlavə edib.