Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR
23 İyun 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
110
23.06.2026, 16:32
Azərbaycanda güzəştli şərtlərlə məzuniyyətə çıxmaq hüququ olan şəxslərin siyahısı açıqlanıb.
Oxu24.com xəbər verir ki, siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Bildirilib ki, qanunvericiliyə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır.
Lakin bir sıra kateqoriyalardan olan işçilər var ki, onlar işin birinci ili üçün əmək məzuniyyəti hüququndan əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, yəni altı ay müddət gözləmədən istifadə edə bilər.
Həmin işçilərin sırasına aşağıdakılar daxilidr:
- əlilliyi olan şəxslər,
- on səkkiz yaşına çatmamış işçilər,
- qadınlar (hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra),
- müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər,
- hərbi qulluqçunun arvadı (əri),
- təhsil müəssisələrində oxuyan şəxslər (kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda),
- əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər
Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə də işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir. (Ölkə.az)
20:06 / 23 İyun 2026
1
20:05 / 23 İyun 2026
8
20:02 / 23 İyun 2026
13
19:52 / 23 İyun 2026
43
19:34 / 23 İyun 2026
65
19:30 / 23 İyun 2026
56
19:27 / 23 İyun 2026
112
19:23 / 23 İyun 2026
70
19:10 / 23 İyun 2026
91
19:04 / 23 İyun 2026
167
18:56 / 23 İyun 2026
75
18:23 / 23 İyun 2026
74
18:22 / 23 İyun 2026
82
17:45 / 23 İyun 2026
80
17:41 / 23 İyun 2026
76
17:33 / 23 İyun 2026
76
17:25 / 23 İyun 2026
629
17:16 / 23 İyun 2026
206
17:15 / 23 İyun 2026
96
17:13 / 23 İyun 2026
98
16:55 / 23 İyun 2026
431
16:33 / 23 İyun 2026
114
16:29 / 23 İyun 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.