Qaynar xətt:

(+99450) 247 90 86

Mərdəkanda dənizdə batanlardan daha birinin meyiti tapılıb

Mərdəkanda dənizdə batanlardan daha birinin meyiti tapılıb

CƏMİYYƏT

85

22.06.2026, 17:18

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə batan 4 nəfərdən üçünün meyiti tapılıb.

Oxu24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.