Dekabrda neçə gün iş olmayacaq?
10 Noyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
503
22.06.2026, 17:30
Hindistanın şimalında yerləşən Laxnau şəhərində hazırlıq kurslarının fəaliyyət göstərdiyi binada baş verən güclü yanğın nəticəsində azı 13 nəfər ölüb.
Oxu24.com APA-ya istinadən bu barədə NDTV yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə bazar ertəsi Laxnau şəhərinin Aliganj rayonunda qeydə alınıb. Alovun sürətlə yayılması səbəbindən binada çoxlu sayda insan köməksiz vəziyyətdə qalıb. Şahidlərin sözlərinə görə, bəzi tələbələr xilas olmaq üçün binanın birinci mərtəbəsindən tullanmağa məcbur olublar.
Yanğın bir saatdan çox davam edib və yalnız bundan sonra nəzarət altına alınıb. Hadisə yerində aparılan axtarışlar zamanı azı 13 nəfərin meyiti aşkarlanıb. Yerli media ölənlərin sayının çox olduğunu və onların əksəriyyətinin tələbələr olduğunu bildirir.
Binada hazırlıq mərkəzi ilə yanaşı ticarət obyektlərinin də yerləşdiyi qeyd olunur.
Hadisə ilə bağlı açıqlama verən Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanath həlak olanların ailələrinə başsağlığı verib.
O, həmçinin aidiyyəti qurumlara zərərçəkmiş ailələrlə dərhal əlaqə saxlanılması və yaralananlara ən yüksək səviyyədə tibbi yardım göstərilməsi barədə göstəriş verib.
Yanğının səbəbləri araşdırılır.
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.