Dekabrda neçə gün iş olmayacaq?
10 Noyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
726
22.06.2026, 20:00
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda ilə müəyyən edilən ortamüddətli dövr üçün hədəf göstəriciləri indikativ xarakter daşıyır və dövlət büdcəsinin gəlirlərinin ortamüddətli dövr üçün proqnozlaşdırılmasında, real sektora tətbiq edilən fiskal güzəştlərin miqyasının müəyyən edilməsində, büdcə-vergi siyasətinin əsaslandırılmasında istifadə olunur, büdcə qaydasının əsas parametrləri üzrə müəyyən edilmiş yuxarı hədləri əvəz etmir.
Ortamüddətli dövr üçün hədəf göstəriciləri hər dörd ildən bir ortamüddətli dövrün son ili üçün bazis hədəf kimi müəyyən edilir. Fiskal dayanıqlığın təmin edilməsi, dövlət maliyyəsinin uzunmüddətli sabitliyinin qorunması, qeyri-neft-qaz gəlirləri bazasının genişləndirilməsi, qeyri-neft-qaz sektorunda vergi və gömrük sahəsində tətbiq edilən güzəştlərin fiskal təsirinin şəffaf şəkildə qiymətləndirilməsi məqsədilə ortamüddətli dövr üçün aşağıdakı hədəf göstəriciləri müəyyən edilir:
- qeyri-neft-qaz sektorunda vergi və gömrük sahəsində güzəştlərin qeyri-neft-qaz Ümumi Daxili Məhsula (ÜDM) nisbət göstəricisi – vergi və gömrük güzəştlərinin maliyyə yükünü əks etdirən, vergi və gömrük güzəştlərinin miqyasını, bu güzəştlərin büdcə gəlirləri və iqtisadi aktivliyə təsirini ölçməyə imkan verən göstəricidir;
- dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə proqnoz və faktiki göstəricilər arasında fərq göstəricisi – dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə proqnoz göstəricilərinin dəqiqliyini qiymətləndirməyə imkan verən, büdcə proqnozlaşdırılmasının səmərəliliyini və fiskal intizamın səviyyəsini əks etdirən göstəricidir.
Ortamüddətli dövr üçün hədəf göstəriciləri MaliyyəNazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla müəyyən edilir. Ortamüddətli dövr üçün hədəf göstəriciləri Maliyyə Nazirliyi tərəfindən fiskal dayanıqlıq prinsipi, habelə ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanır. Ortamüddətli dövr üçün hədəf göstəriciləri büdcə-vergi siyasətinin əsas istiqamətlərinin hazırlanmasında nəzərə alınır və “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Milli Məclisə təqdim olunur.
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.