Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
490
22.06.2026, 19:17
Müasir cəmiyyətdə ailə daxili ixtilaflar və boşanma prosesləri təkcə iki tərəfin ayrılması ilə yekunlaşmır, həm də ciddi sosial-psixoloji fəsadlar doğurur. Bu gərginliyin mərkəzində isə çox vaxt proseslərin ən müdafiəsiz və məsum tərəfi olan uşaqlar dayanır. Təəssüf ki, tərəflər arasında yaranan kin, ədavət və inciklik boşanmadan sonra da davam edir və çox zaman uşaqdan digər tərəfə qarşı bir "cəza vasitəsi" və ya təzyiq aləti kimi istifadə olunmağa başlanılır. Bu cür hallarda uşağı yanında saxlayan valideyn (çox vaxt ana) qarşı tərəfin ailəsini – nənə, baba, əmi, dayı, xala və bibiləri uşağın həyatından tamamilə silməyə çalışır. Nəticədə illərlə nəvə həsrəti çəkən, onun toy-büsatını görmək istəyən yaşlı nəslin nümayəndələri rəsmi və qeyri-rəsmi qadağalarla üzbəüz qalırlar. Lakin unudulmamalıdır ki, uşağın hərtərəfli, sosial və psixoloji cəhətdən sağlam bir şəxsiyyət kimi formalaşması üçün onun öz köklərini, böyük ailə mühitini tanıması və onlarla ünsiyyətdə olması qanunla təsbit edilmiş fundamental hüquqdur.
Mövzu ilə bağlı yaşanan hüquqi və sosial problemlərə, eləcə də bu sahədəki qanunvericilik tənzimləmələrinə aydınlıq gətirmək üçün vəkil Yeganə Əliyeva Oxu24.com-a açıqlama verib.
Qanunvericilik nə deyir?
Vəkil bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə, konkret olaraq Ailə Məcəlləsinin 62-ci maddəsinə və Ali Məhkəmənin müvafiq qərarlarına əsasən, uşağın hansı valideynin yanında qalmasından asılı olmayaraq, onun nənə, baba, həmçinin digər yaxın qohumları (əmi, dayı, xala, bibilər) ilə ünsiyyət qurmaq hüququ var:
“Bu məsələ kiminsə istəyindən yox, birbaşa qanunvericilikdən asılıdır. Təcrübədə çox vaxt nənə və babalar illərlə nəvələrinin üzünə həsrət qaldıqlarını deyirlər. Lakin onlar bilməlidirlər ki, qanun onların bu hüququnu tam qoruyur”.
Valideyn etiraz edərsə, hansı addımlar atılmalıdır?
Əgər uşağı yanında saxlayan valideyn digər qohumların ünsiyyətinə mane olarsa, məsələnin iki həlli yolu var:
“İlk növbədə icra hakimiyyətlərinin nəzdindəki bu orqana müraciət oluna bilər. Orqan valideyndən uşaqla ünsiyyətə şərait yaradılmasını tələb edir. Tərəflər məhkəməyə getmədən önçə mediator vasitəsilə öz aralarında ünsiyyət günlərini və saatlarını rəsmi şəkildə razılaşdıra bilərlər. Ailə müstəvisində yalnız nikahın pozulması mütləq məhkəmə qaydasında həll olunur, digər məsələlər isə mediasiyada barışıq sazişi ilə tənzimlənə bilər.
Əgər digər yollar nəticə verməzsə, məhkəmə uşağın rəyini və maraqlarını nəzərə almaqla ünsiyyət vaxtını qətnamə ilə təsbit edir”.
Vəkil Yeganə Əliyeva vurğulayıb ki, ünsiyyət vaxtı təyin edilərkən uşağın yaşı, psixoloji vəziyyəti, təhsil, idman və asudə vaxtı, hətta yuxu saatları belə ciddi nəzərə alınır:
“Az yaşlı uşaqların rəyi soruşulmur, lakin onların rejiminin (yuxu və qidalanma saatlarının) pozulmamasına xüsusi diqqət yetirilir. Uşağın sağlam və sosial bir şəxsiyyət kimi formalaşması üçün onun təkcə valideynlə deyil, böyük ailə mühiti (kökləri) ilə əlaqəsinin kəsilməməsi vacibdir.
Əgər müraciət edən qohumun uşağın tərbiyəsinə, mənəviyyatına mənfi təsir göstərə biləcək zərərli vərdişləri və ya mənfi xüsusiyyətləri varsa, məhkəmə ünsiyyət iddiasını rədd edə bilər”.
Sonda vəkil qeyd edib ki, ata həbsdə və ya xaricdə olduqda belə, onun ailəsinin (nənə-baba və digər qohumların) uşaqla toy-büsatda, xoş günlərdə bir arada olmaq və nəvələrini görmək hüququ tam qüvvədə qalır.
Hazırladı: Çimnaz Ağayeva
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.